“İndi vəziyyət yaxşılaşıb” Rahid Əmirquliyev “Şahdağ Qusar”ın hədəflərindən danışdı
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Mövsümə elə də yaxşı başlamayan, hədəfi 1-ci liqada yerini qorumaq olan “Şahdağ Qusar” qışdan sonra qələbələr qazanmaqla diqqətləri üzərinə çəkib. Kapitan Rahid Əmirquliyevin də də meydanda olduğu oyunlarda Şimal təmsilçisi həm də baxımlı oyunla göz oxşayır. Qusarlılr artıq 5-ci pillədədi, 4-cü pillədəki “Baku Sportinq”dən cəmi 6 xal geridədi.
Klubun bu mövsüm yüksək hədəfə can atmasa da, azarkeşlər gələn mövsüm üçün bunu tələb edir. Bəs cari mövsüm üçün maksimum hədəf nədi? Sualı kapitanlıq sarğısını daşımaqla yanaşı, klubun prezidenti də olan Rahid Əmirquliyevə ünvanladıq:
“Mövsüm başlayanda birinci liqada qalmaq üçün mübarizə aparırdıq. Vəziyyət yaxşı deyildi. Şükürlər olsun, indi vəziyyət dəyişib, yaxşılaşıb. Biz də istəyirik ki, yuxarı pillələrdə qərarlaşaq. Düzdü, 2-3-cü yeri tutmaq çətin olacaq. Həm oyun az qalıb, həm xal fərqi çoxdu. Biz yığılanda hədəf başqa idi. İndi maksimum xal yığmağa çalışırıq. Gələn mövsümün hədəfləri haqda danışmaq tezdi. Mövsüm bitəndən sonra sponsorlarla danışıb, müzakirə edəcəyik. İndiki hədəf qalan oyunlarda qələbə qazanmaqdı”.
Qeyd edək ki, “Şahdağ Qusar” hazırda 35 xalla 5-ci pillədədi.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 27 Aprel 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















