Icma.az
close
up
RU
Raketlər sınaqdan keçirildi, Zelenski bəyan etdi Savaşda yeni dövr başlayır ?

Raketlər sınaqdan keçirildi, Zelenski bəyan etdi Savaşda yeni dövr başlayır ?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna lideri Volodimir Zelenski Rusiyanın dərinliklərinə zərbələrin endiriləcəyinin anonsunu verib. O, yaxın vaxtlarda Rusiyaya uzun mənzilli zərbələrin endiriləcəyini bəyan edib.
Bu barədə Demokrat.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ukraynanın Rusiyanın dərinliklərini vurmaq imkanları var və bunu sübut edib:
"Doğrudur, indiyə qədər olan hücumlar PUA-lar ilə həyata keçirilən hücumlardır və Ukrayna PUA hücumlarından effektiv şəkildə istifadə etməklə Rusiyaya ağır zərbələr vurub. Rusiyanın enerji sektoruna, neft emalı zavodlarına ciddi zərbələr vurulub. Ukraynanın bundan əlavə Rusiyanın dərinliklərini vurmaq üçün özü­nün istehsalı olan "Neptun" və "Flamenqo" raketlərindən istifadə etməsi nəzərdə tutulur. Güman edirəm ki, Zelenskinin anonsu məhz bununla bağlıdır, çünki bir müddət öncə "Flamengo" raketləri sınaqdan keçirildi və onların həm dəqiqlik, həm də məsafə baxımından effektiv olduğu sübuta yetirildi.
Bu baxımdan Ukraynanın öz istehsalı olan vasitələrlə Rusiyanın dərinliklərinə zərbə endirmək imkanları var. 
Təbii ki, dərinliklərə zərbələr endirilməsi Rusiya üçün də kifayət qəti nəticələrə gətirib çıxaracaq və nəticələr bundan ibarət olacaq ki, Ukrayna ənənəvi olaraq Rusiyanın strateji obyektlərini vuracaq. Konkret olaraq hədəflər strateji məntəqələr olacaq, bu da Rusiyanın potensialına təsir edəcək.
Nəzərə alsaq ki, PUA-larla həyata keçirilən hücumların nəticəsində Rusiyanın neft emalı zavodlarının istehsal gücü təxminən 40%-ə qədər azalıb. Bu cür raket zərbələri ilə Rusiyadakı strateji obyektlər, enerji sektoru, hərbi sənaye kompleksinə daxil olan zavod, fabrik və digər istehsal sahələri də hədəfə alına bilər".
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri