Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirildi
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniya Hebrid adalarında Ukraynaya çatdırılacaq yeni uzunmənzilli raketləri sınaqdan keçirib.
"Ölkə.az" “The Telegraph”a istinadla xəbər verir ki, raketlər 300 mildən (483 km) çox məsafədəki hədəfləri vurmaq və 250 kq-lıq döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.
Böyük Britaniya Müdafiə Nazirliyi müdafiə şirkətlərinə saatda 600 km (370 mil/saat) sürətə çata bilən raketlər hazırlamaq tapşırığı verib. Hər raketin qiyməti təxminən 400.000 funt sterlinqdir. Ay ərzində 20 raketin istehsalı planlaşdırılır.
Məlumata görə, raket sınaqları zamanı bəzi kiçik texniki problemlər istisna olmaqla, bütün sistemlər düzgün işləyib. Bunlar növbəti sınaqlardan əvvəl həll ediləcək. Britaniya hökuməti yeni raketlərin ilk partiyasını bir il ərzində Ukraynaya çatdırmağı planlaşdırır.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 İyun 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















