Icma.az
close
up
RU
Raketləri hipersəs edən nədir və hansı ölkələr artıq bu silaha malikdir?

Raketləri hipersəs edən nədir və hansı ölkələr artıq bu silaha malikdir?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Hipersəs raketlər ən çox müzakirə olunan müdafiə texnologiyalarından biridir. Belə silahlar səs sürətini dəfələrlə üstələyən sürətlə hərəkət edir və uçuş zamanı manevr edə bilir.

Qaynarinfo "Wion” resursuna istinadla xəbər verir ki, hipersəs silahları müxtəlif ölkələrin arsenalı genişləndikcə hərbi strategiya və çəkindirmədə növbəti böyük dönüş nöqtəsinə çevrilir. Müəlliflər hansı raketlərin hipersəs sayıldığını və hansı ölkələrin artıq bu silaha malik olduğunu izah ediblər.

Hipersəs sayılan raketlər — sürəti 5 Max və ya daha çox olanlardır (6100 km/saatdan yüksək). Ekstremal şəraitdə — atmosfer sürtünməsi istilik yaratdıqda — işləmək üçün bu raketlərdə xüsusi materiallardan və idarəetmə sistemlərindən istifadə olunur.

"Hipersəs raketləri elə qurulub ki, əksər müdafiə sistemləri onları izləməyə, emal etməyə və vurub salmağa imkan tapmadan əvvəl zərbə endirə bilsinlər. Müdafiə analitikləri və hökumətlər hipersəs silahından danışanda, adətən, çox konkret bir müasir sistem sinfini nəzərdə tuturlar”, – deyə materialda bildirilir.

Müasir hipersəs sistemləri iki əsas kateqoriyaya bölünür: hipersəs planerləri və hipersəs qanadlı raketlər.

• Birinci tip (planer aparatları) raketlərlə atmosferin yuxarı qatlarına qaldırılır, sonra ayrılaraq hipersəs sürəti ilə hədəfə doğru hərəkət edir.

• Hipersəs qanadlı raketlər isə atmosferdə hərəkəti davam etdirmək üçün reaktiv mühərrikdən istifadə edir.

Hipersəs silahlarının iki əsas xüsusiyyəti var: sürət və manevr qabiliyyəti. Ballistik raketlər proqnozlaşdırılan parabolik trayektoriyalarla uçduğu halda, hipersəs raketləri trayektoriyanı dəyişdirə və uçuş zamanı aşkarlanmaqdan yayınmaq üçün daha aşağı yüksəklikdə uça bilər. Buna görə də, onlar çoxsəviyyəli hava müdafiə sistemlərini keçmək və ikinci zərbənin etibarlılığını artırmaq vasitəsi kimi qiymətləndirilir.

İlk dəfə hipersəs silahlarının yerləşdirildiyini elan edən ölkə–aqressor Rusiya olub. Söhbət "Avanqard” hipersəs planeri və Ukraynaya qarşı dəfələrlə istifadə etdiyi "Kinjal” raketindən gedir.

"Çin onu DF-ZF planerlə izləyib və havadan və dənizdən buraxılan sistemlərin inkişafını davam etdirir. ABŞ isə bir neçə hipersəs layihəsinə malikdir; onlar artıq irəliləmiş sınaq mərhələsindədir və uzun mənzilli hipersəs silahlarını, həmçinin hipersəs qanadlı raketi əhatə edir”, – resurs əlavə edir.

Eyni zamanda Yaponiya, Avstraliya və Fransa — həm müstəqil, həm də tərəfdaşlıq çərçivəsində — hipersəs texnologiyalarının tədqiqatına aktiv şəkildə sərmayə yatırır. Digər ölkələr inkişaf etmiş raket sənayesi olmasına baxmayaraq, hələ də bir sıra çətinliklərlə üzləşirlər.

Hindistan isə hipersəs sürətlərinə çatan raketlərə malikdir, baxmayaraq ki, onlar rəsmi olaraq "hipersəs silahı” kimi təsnif edilmir. Bununla belə, Dehli bu istiqamətdə fəal işləyir. 2024-cü ilin noyabrında Hindistanın ilk uzun mənzilli hipersəs raketi uğurla sınaqdan keçirilib.

"Sınaqlar uzaq məsafədə hipersəs uçuşunun mümkünlüyünü, son mərhələdə mürəkkəb manevrləri və yüksək dəqiqliyi təsdiqləyib. 2025-ci ildə sınaqların və inteqrasiya işlərinin davamı Hindistanı operativ hipersəs texnologiyası inkişaf etdirən azsaylı ölkələr qrupuna daxil edib”, – deyə müəlliflər izah edirlər.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri