Icma.az
close
up
RU
® Ramada Plaza Gence Gəncənin yeni Xəmsəsi, Azərbaycanın qonaqpərvərlik xəritəsində yeni səhifə

® Ramada Plaza Gence Gəncənin yeni Xəmsəsi, Azərbaycanın qonaqpərvərlik xəritəsində yeni səhifə

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın qədim və gənc ruhlu şəhəri Gəncə yeni mərhələyə qədəm qoyur. “TABIA Group”un təqdim etdiyi Ramada Plaza Gence rəsmi olaraq qapılarını açaraq, ölkənin qonaqpərvərlik tarixində növbəti mühüm səhifəni yazıb.

Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, dövlət və özəl sektorun nümayəndələri, eləcə də “TABIA Group”un tərəfdaşları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb, ardınca “TABIA Group”un baş icraçı direktoru Uygar Koçaş səhnəyə çıxaraq açılış nitqi ilə çıxış edib.

“Cəmi bir neçə gün öncə — oktyabrın 18-də “TABIA Group”un rebrendinqinin bir illiyini qeyd etdik”, — deyə Uygar Koçaş çıxışında bildirib. O əlavə edib: “Bu bir il ərzində çox şey dəyişdi. Biz yeni otellər açdıq, beynəlxalq brendlərlə əməkdaşlıqları gücləndirdik, regionlarda iş imkanları yaratdıq. Amma ən önəmlisi biz insanların həyatına dəyər qatdıq. “TABIA Group”un əsas məqsədi yalnız otel idarəçiliyi deyil, insanların rifahına, regionların inkişafına töhfə verməkdir”.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Ramada Plaza Gence kimi beynəlxalq brendin şəhərdə fəaliyyətə başlaması Gəncənin iqtisadi və turizm potensialını daha da gücləndirəcək: “Ramada Plaza Gence yalnız bir otel deyil, Gəncənin gələcək inkişafına inamın göstəricisidir. Bu cür layihələr şəhərimizə yeni nəfəs gətirir — həm xidmət keyfiyyəti, həm də yerli əhalinin məşğulluğu baxımından mühüm əhəmiyyət daşıyır”.

“Gəncənin yeni Xəmsəsi” şüarı altında keçən açılış mərasimi otelin təqdimatı, musiqi və incə zövqlə seçilmiş yeməklərlə davam edib. Bu konsept Gəncənin mədəni ruhunu və müasir qonaqpərvərlik anlayışını birləşdirən beş dəyəri simvolizə edir: irsi, innovasiyanı, qonaqpərvərliyi, rahatlığı və insanı.

Otelin 181 otaq və lyuks süitləri, geniş restoranları, SPA və fitness mərkəzi, eləcə də müasir konfrans və tədbir zalları var. Ramada Plaza Gence həm işgüzar səfərlər, həm də istirahət məqsədilə səyahət edənlər üçün şəhərin mərkəzində unikal bir rahatlıq mühiti yaradır.

“TABIA Group” Azərbaycanın aparıcı qonaqpərvərlik şirkətlərindən biri kimi illərdir ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən şəhər, kurort və sağlamlıq hotellərini vahid dəyərlər və strateji baxış altında birləşdirir. “TABIA”nın missiyası sadəcə rahat məkanlar yaratmaq deyil, həmçinin insanların rifahını artırmaq, yerli dəyərləri yaşatmaq və dayanıqlı inkişafı dəstəkləməkdir.

Son illər “TABIA Group” Azərbaycan qonaqpərvərliyinə yeni nəfəs gətirən mühüm layihələrə imza atıb. Bu uğurların davamı kimi, Ramada Plaza Gence “TABIA Group”un qərb bölgəsinə gətirdiyi növbəti böyük brenddir. Gəncənin tarixi və mədəni ruhu ilə qlobal qonaqpərvərlik standartlarının qovuşduğu bu layihə təkcə bir otel deyil, həmçinin şəhərin gələcək simvoluna çevrilən yeni başlanğıcdır.

Daha ətraflı məlumat üçün “TABIA Group”un rəsmi vebsaytına daxil olun: www.tabia.az

Ramada Plaza Gence oteli, onun xidmətləri və təklifləri barədə daha çox öyrənmək üçün www.ramadaplazagence.com ünvanına daxil ola və ya +994 51 201 90 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Nizami Gəncəvi prospekti 519, Gəncə, Azərbaycan, AZ2019.


Gəncə hava sabah
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri