Icma.az
close
up
RU
Ramal Hüseynov: Qarabağ rəhbərliyi hər şeyi yaxşı başa düşür

Ramal Hüseynov: Qarabağ rəhbərliyi hər şeyi yaxşı başa düşür

Icma.az, Apasport saytına istinadən bildirir.

"Qarabağ"ın sabiq futbolçusu Ramal Hüseynov Apasport.az saytına müsahibə verib.

- "Qarabağ" artıq iki yeni transferi reallaşdırıb: Dani Bolt və Pedro Bikalyo. Maraqlıdır, bu iki oyunçu haqda məlumatlısız? Heç onların karyerası ilə maraqlanmısız?
- "Qarabağ"ın bu transferindən məlumatım var. Hər iki futbolçu braziliyalıdır. Sonradan da Portuqaliyaya gəliblər. Amma elə də böyük karyeraları yoxdur. "Qarabağ"ın siyasəti bu cür oyunçuları gətirib ulduza çevirmək və daha sonra başqa kluba satmaqdır. Bunu da çox yaxşı bacarırlar. Nə qədər bu cür futbolçu görmüşük. Elə də böyük karyerası olmayıb, "Qarabağ" isə onları ulduza çevirib. Yeni gələnlər də belə ola bilər.

- Necə düşünürsən, daha çox Portuqaliya karyerası olan bu iki futbolçu "Qarabağ"da uğurlu ola bilər? Adətən Portuqaliyadan transferlər uğurlu alınır deyə, bu futbolçuların da uğurlu olacağını düşünmək olar?
Portuqaliya karyerası olan futbolçular çox yaxşı formada çıxış edirlər. Nəzərə alsaq ki, bunlar braziliyalıdır, ikiqat futbol məktəbindən keçiblər, çox uğurlu olacaq. Hər iki oyunçunun "Qarabağ"da uğurlu ola biləcəyinə inanıram.

- Necə düşünürsüz, "Qarabağ"ın gücləndirəcəyi hələ mövqe çoxdur? Neçə transferlə komanda komplektləşə bilər? Daha çox hansı mövqelərə ehtiyac var?
- "Qarabağ"ın gücləndirəcəyi mövqelər hələ də var. Daha çox hücum və müdafiəyə üstünlük verməlidirlər. Əminəm ki, transferlər gələcək. Çünki onlar özü də hər şeyi yaxşı bilir, başa düşür. Yeni transferlər olduğunu bilirlər.

- "Qarabağ"ın yollarını ayırdığı futbolçulardan daha çox kimin gedişi komanda üçün itki sayıla bilər? Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli?
- Məncə, "Qarabağ"dan kimsə gedibsə, onlar üçün itki sayılmır. Çünki onun yerini dolduracaq, ondan da yaxşısını transfer edə bilirlər. Amma fikrimcə, Marko Veşoviç çox yaxşı oyunçu idi. "Qarabağ" üçün çox vacib, lazımlı futbolçu idi. Komandada oynadığı dövrdə də çox yaxşı tərəfdən özünü göstərmişdi.

- Ümumiyyətlə, son mövsümdə Avropa Liqasında gözlənilən kimi çıxış etməyən "Qarabağ"ın 2025/2026 mövsümündə Çempionlar Liqasında uğurlu olacağını, əsas mərhələyə qədər irəliləyə biləcəyinə inanırsınız?
- "Qarabağ" özü də digər komandalar üçün hər zaman çox güclü rəqib olub. Təsəvvür edin, artıq illərdir ki, "Qarabağ" uzun illərdir avrokuboklarda çıxış edirlər, nə qədər böyük təcrübə qazanıblar. İnanıram ki, 2025/2026 mövsümündə "Qarabağ" Çempionlar Liqasında uğurlu olacaq. Təbii ki, püşkatmadan da asılı olan məsələlər var. Sadəcə mən "Qarabağ"ın özünün çox güclü olduğuna inanıram.

- Əvvəlki illərə baxanda, "Qarabağ"ın ildən-ilə daha da gücləndiyini, heyətinin daha da formalaşdığını düşünürsüz? Yoxsa, fikrincə, əvvəllər daha güclü heyətə malik idi komanda?
- İndi də komanda güclüdür. Amma müqayisə aparırsınızsa, deyim. Məncə, "Qarabağ"ın əvvəlki heyəti çox güclü idi. Bu da açıq-aşkar görünürdü. "Qarabağ" yenidən o cür heyəti komplektləşdirmək istəyir. Bundan əminəm. Çünki komanda həqiqətən də əla səviyyədə futbol oynayırdı, "Bayer" kimi çox güclü rəqibə qarşı başabaş və bəzən üstün futbol oynayırdı. Məncə, onlar yenidən bu cür heyətin olmasına çalışacaqlar.

"Kəpəz"də daha 3 ayrılıq "Flamenqo" - "Bavariya" - Videoicmal "Qarabağ" "Zirə"yə qarşı- YENİLƏNİR “İmişli” 6 futbolçu ilə yollarını ayırdı - RƏSMİ “Sabah” “Rapid”lə heç-heçə etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://apasport.az
archiveBu xəbər 30 İyun 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri