Icma.az
close
up
RU
Ramal Hüseynov: “Belə işləməkdənsə, evdə oturub özlərinə hörmət etsinlər”

Ramal Hüseynov: “Belə işləməkdənsə, evdə oturub özlərinə hörmət etsinlər”

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin, “Neftçi” və “Qarabağ”ın sabiq üzvü Ramal Hüseynov Apasport.az saytına müsahibə verib.
- AFFA İcraiyyə Komitəsinin qərarına əsasən 2025/2026 mövsümündən Premyer Liqada komanda sayı 12-yə yüksəldiləcək. Lakin liqa 3 dövrəli sistemdə keçiriləcək. Bu məsələ haqda fikrin necədir?
- Əslində, AFFA yeni mövsümdə komanda sayını 12 yox, 14 və ya 16 etsəydi, daha yaxşı olardı. Çünki "Qəbələ", "İmişli", "Mingəçevir"in bazası var. Futbola aid bütün hər şeylərə sahibdir. Bu komandalar neçə illər Premyer Liqada oynayıb. Yaxşı olardı ki, liqada 16 komanda mübarizə aparardı. Bizim ölkədə çox komanda olmalıdır. Buna imkan da var. Balaca ölkə deyilik ki, Premyer Liqada 12 komanda olsun.

- Premyer Liqada sonuncu pillədə qərarlaşacaq komanda Birinci Liqaya yuvarlanacaq. "Kəpəz", "Şamaxı", "Sumqayıt" və "Səbail" klubları liqada qalmaq uğrunda mübarizə aparır. Hansı klubun aşağı liqaya düşəcəyini ehtimal edirsən?
- Yaxşı olardı ki, heç bir komanda Birinci Liqaya düşməsin. 6 komandanı da Birinci Liqada qaldırıb, Premyer Liqada komanda sayını 16 etsinlər. Bunu etmək üçün gərək futbolu sevəsən, Azərbaycan futbolu üçün çalışasan, canla-başla özü də. Bizim AFFA-da isə o yoxdur. Onlar sadəcə pul qazanmağı düşünür. Ona görə də, belə fikirlər onlara maraqlı deyil. "Kəpəz", "Şamaxı", "Sumqayıt" və "Səbail"dən hansı 1-ci liqaya düşsə, futbolun inkişafı da dayanır. Neçə illərdi ki, bu sistem futbola heç nə verməyib. Yenə də eyni qərarları verirlər. Vallah biabırçılıqdır. Azərbaycan ölkənin Premyer Liqada 12 komanda....Bizim gözü doymayan veteran futbolçular da kresloda oturub, səslərini də çıxarmırlar. Öz yerlərini itirməkdən qorxurlar. Belə işləməkdənsə, evdə oturub özlərinə hörmət etsinlər. 

- Bəs, legioner limitinin ləğvi qərarını necə qarşıladın?
- Limitlə bağlı daha yaxşı olardı ki, 3+2 tətbiq edilsin. Əgər AFFA-da oturanlar futbolumuzun inkişafını istəyirlərsə, bu cür etməliydilər. Bu qərardan sonra futbolçularımız nə edəcək, harada oynayacaq? Milli komandamız onsuz da çox zəifləmişdi, indi ümumiyyətlə biabırçılıq olacaq.
- Yerli futbolçularımızın klub tapması mümkün olacaq? Futbolçularımızın Avropa klublarına yollanması nə dərəcədə realdır?
- Bu qərardan sonra yerli futbolçular özlərinə yeni iş yeri tapsalar, yaxşı olar. Çünki AFFA-da oturanlara futbol və ya futbolçu lazım deyil. Onlara sadəcə pul qazanmaq lazımdır. Ölkənin futbolçusu yerli komandada oynamırsa, onlar necə gedib Avropada oynayacaq? Hansı Avropa komandasına lazım olacaq? Bu limitdən sonra akademiyalar nəyə lazımdır? Futbolla məşğul olan uşaqları bədbaxt edirlər. Əsas odur ki, özləri üçün yaxşı olsun.

- Legioner limitinin Azərbaycan millisinin gələcək perspektivinə təsiri necə ola bilər?
- Limitin ləğvindən sonra Azərbaycan millisi deyə bir şey qalmayacaq. Lap da biabır olmaqdansa, yığmalarımızın olmaması daha yaxşıdır. Bu limit U-15, U-16, U-17, U-19 və U-21 yığmasına böyük təsir edəcək. Bunların fikri sadəcə Azərbaycanda diri-diri dəfn etməkdir. Diri-diri futbolumuzu basdırırlar. AFFA-nın prezidenti futbola aid nəsə bilsəydi, bu qərarlarla razılaşmazdı. Futbolu bilən veteranlara da veteran deməyə utanıram. Bunlar bilmirlər ki, futbolu dəf edirlər. Bu qərarlarla futbolu bilməyəni aldatmaq olar ki, limiti belə etsək, çox yaxşı olacaq. Amma mənim kimi böyük futbol oynayanı aldatmaq olmaz. Akademiyalarımızdakı uşaqlar neçə illərdir əziyyət çəkirlər, valideynləri niyə səslərini çıxarmırlar? Uşaqlar 15 yaşına gələndə heç bir kluba lazım olmayacaq. Futbolumuzda biabırçılıq, legioner biznesi davam edir. Kimlərsə pul qazanır, kimlərsə əziyyət çəkir. Bizim vaxtımızda legioner limit 3+2 idi. Çox gözəl futbol var idi, legioner transfer edəndə də, yaxşısını gətirirdilər. İndi kimi gəldi gətirib pul qazanırlar. Bir də yaxşı legionerin axı nə işi var bizim futbolda? Bizə ancaq futbolu bitmiş, son nəfəslərini verən legionerlər gətirirlər. Bu da pul qazanmaq üçün atılmış addımlardır.

Vüsal İsgəndərli komandasını dəyişir - ”Kəpəz”ə “yox” deyib Renat Dadaşova Bundesliqadan təklif - EKSKLÜZİV "Zaqatala" çətin vəziyyətdə Siyasət Əsgərov: “Heç-heçə ədalətli nəticə oldu” Vüsal oynadı, komandası qələbə qazandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 Fevral 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri