Icma.az
close
up
RU
Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Ramazan ayı münasibətilə Benilüks Azərbaycanlıları Konqresi, Dayaq – Vətən Müharibəsi əlilərinə və Şəhid ailələrinə dəstək Təşkilatı və Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasınin təşkilatçılığı, İydə Parfumeriya mağazalar şəbəkəsinin tərəfdaşlığı, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin informasiya dəstəyi ilə iftar süfrəsi təşkil olunub.

Newscenter.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri Suraxanı Rayonu İcra Hakimiyyətin Başçısı Adil Əliyev, Benilüks Azərbaycanlıları Konqresinin sədri, Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının Koordinatoru Elsevər Məmmədov, Millət vəkilləri Əziz Ələkbərli, Hikmət Babaoğlu, Razi Nurullayev, Nigar Məmmədova, Rizvan Nəbiyev, Vüqar İsgəndərov, Ceyhun Məmmədov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşarı, Qərbi Azərbaycan İcmasının sədr müavini, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Yeni Azərbaycan Partiyasının Veteranlar şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva, Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Dayaq Təşkilatının rəhbərliyi Qalib Əliyev və Məcid Məmmədov, Müasir İntenet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, Şəhid ailəri, qazilərə hər zaman diqqət və qayğısı ilə seçilən İydə Parfumeriya mağazalar şəbəkəsinin rəhbəri Ülvi Xəlilbəyli, Azərbaycan Milli QHT Forumunun idarə heyyətinin sədri Ramil İsgəndərli, şəhid anası Arzu Məmmədova, Vətən müharibəsi qazisi Ramin Şirinov, Şəhid ailələri, Qazilər, Azərbaycanın Milli Qəhrəmanları və tanınmış ictimaiyyət nümayəndələri fəal iştirak edərək çıxış ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti haqqında təqdimat videosu nümayiş etdirilib. "BAK"-ın sədri, Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov çıxış edərək xaricdə yaşayan azərbaycanlıların birliyinin möhkəmləndirilməsi, diaspora fəaliyyətinin gücləndirilməsi və şəhid ailələri ilə qazilərə göstərilən diqqətin vacibliyini vurğulayıb.


Eyni zamanda Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və Niderland Krallığında fəaliyyət göstərən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadənin xaricdə yaşayayan Azərbaycanlılara göstərdikləri dəstək və qayğı barədə tədbir iştirakçılarına geniş məlumat verildi.
İftar vaxtından sonra tədbir proqramı çərçivəsində çıxışlar davam edib. “Dayaq” Təşkilatının rəhbərliyi tərəfindən vətən uğrunda sağlamlığını itirmiş qazilərə və şəhid ailələrinə göstərilən dəstəyin əhəmiyyətindən bəhs olunub.


Çıxışlarda o da qeyd olunub ki, Azərbaycan diasporunun inkişafı və dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin əsas müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Vurğulanıb ki, Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsini, onların təşkilatlanmasını və Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda qətiyyətlə müdafiə olunmasını daim diqqət mərkəzində saxlayır.
Tədbir zamanı Azərbaycan həqiqətlərinin Avropada təbliğində Benilüks Azərbaycanlıları Konqresi ilə göstərdikləri səmərəli əməkdaşlıq münasibətlərinə görə Suraxanı Rayonu İcra Hakimiyyətin Başçısı Adil Əliyev, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov Benilüks Azərbaycanlıları Konqresinin medalı ilə təltif ediliblər.


Təltif olunan şəxslər çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər və diaspora təşkilatları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Tədbirin bədii hissəsində muğam ifaçısı Yusif Cəfərbəylinin ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib və Ramazan ayının mənəvi dəyərlərini əks etdirən görüş səmimi mühitdə davam edib. İftar süfrəsi həmrəyliyin, milli birlik və qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.

Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Mart 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see301

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see296

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see248

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see243

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see240

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see238

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see234

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see233

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see226

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see224

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see219

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see214

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see210

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see205

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see201

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see198

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see195

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see192

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see186

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri