Icma.az
close
up
RU
Ramazan ayında dərman istifadə edənlər nələrə diqqət etməlidir?

Ramazan ayında dərman istifadə edənlər nələrə diqqət etməlidir?

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Bəzi dərmanlar müəyyən bir zaman və tezliklə qəbul edilməli olur ki, effektivliyi tam şəkildə təmin olunsun. Dərmanları düzgün qəbul etməmək müalicənin təsirini azalda bilər və ya əlavə sağlamlıq problemlərinə səbəb ola bilər.

Oruc tutarkən dərman qəbul etmək oruc tutanın orucunu davam etdirməsinə təsir edə bilər. Oruc tutmaq günəş çıxandan gün batana qədər yemək, içmək və bəzi digər işlərdən çəkinməyi tələb edir. Dərman istifadəsi də bu qaydalara təsir göstərə bilər.Lakin oruc tutan şəxs səhhətində fövqəladə vəziyyətlə qarşılaşarsa, orucu pozmağa heç bir səbəb olmadığı üçün dərman qəbul edə bilər.

AZXEBER.COM oruc tutarkən dərman istifadəsi ilə bağlı bir neçə vacib məqamı oxucuların diqqətinə çatdırır:

Oruc tutan şəxs hər hansı dərmanı ağız yolu ilə qəbul edərsə, orucu pozulur. Bu dərmanlara müxtəlif həbləri, şərbət və ya sprey kimi dərmanları misal çəkmək olar.

İynə və ya peyvənd kimi dərmanlar ümumiyyətlə orucu pozmaz. Lakin damar yolu ilə qəbul etdiyiniz hər hansı bir dərman doyurucu, qidalandırıcı funksiyaya malikdirsə orucunuzu pozacaqdır.

Göz damlası, burun spreyi və ya qulaq damcısı kimi dərmanlar isə orucu pozmaz. Bununla belə, diqqətli olmaq lazımdır, çünki bu növ dərmanların birbaşa mədəyə keçməsi riski də mümkündür.

Əgər ciddi sağlamlıq problemi varsa və dərman istifadəsi həyati əhəmiyyət kəsb edirsə, şəxs orucunu pozaraq müalicə almalıdır. Lakin bu halda insan tutduğu orucun qəzasını sonradan tuta bilər.

Nəticə olaraq, oruc tutarkən dərman istifadəsi insanın sağlamlıq vəziyyətindən və istifadə etdiyi dərman növündən asılı olaraq dəyişir. Əgər dərmanın istifadə olunacağı saatı imsak və iftar saatına uyğun dəyişmək mümkün olarsa, dərman qəbulu orucunuzu pozmayacaq.

Aysel Hacızadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Mart 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri