Icma.az
close
up
RU
Ramazan dieta, ac susuz qalmaq ayı deyil: Orucluğun olar olmazları...

Ramazan dieta, ac susuz qalmaq ayı deyil: Orucluğun olar olmazları...

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İslam dünyası Ramazan ayına hazırlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, sabah on bir ayın sultanı - Ramazanın ilk günüdür.

Bir ay boyunca müsəlmanlar oruc tutur, günahlarından azad olmağa çalışır. Qədəm qoyan bu müqəddəs ayın öz qaydaları var ki, bunlara əməl etmək lazımdır.

Bəs bu qaydalar hansılardır?

Surxay Məmmədli: Ramazan ayı həm də mənəviyyatın təmizlənməsi üçün bir fürsətdir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan ilahiyyatçı Hacı Surxay Məmmədli bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi məlumata əsasən mart ayının 1-i Ramazan ayının 1-ci gününə təsadüf edir. Onun sözlərinə görə, Ramazan ayı adından göründüyü kimi, yanmaq-yandırmaq, yəni 11 ay günah edirik, 1 ay isə o günahları yandırmaq mənasındadır:

“Ramazan ayında insan cismən deyil, ruhən Allaha təslim olmalıdır. Bu ayın bütün əməlləri niyyətə bağlıdır. Hər bir niyyət Allaha xatir edilməlidir. Sədəqə, yaxşılıq, mehribanlıq məsələlərinə Ramazan ayında xüsusi diqqət yetirmək lazımdır. Küsülü insanların barışması, ehtiyacı olanların yanında olmaq, böyüklərə hörmət, kiçiklərə mərhəmət etmək Ramazan ayının fəzilətinin artmasına vəsilə olur".

Hacı Surxay qeyd edib ki, Ramazan ayında ibadət etmək, namaz qılmaq, Quran oxumaq, dua etmək və ehtiyac sahiblərinə yardım göstərmək tövsiyə olunan əməllər sırasındadır. İnsanlarla xoş rəftar etmək, səbirli və mehriban olmaq, eyni zamanda iftar süfrələrində paylaşmağı unutmamaq bu ayın vacib prinsiplərindəndir.

Ramazan ayında qadağan olunan əməllər də var:

"Yalan danışmaq, qeybət etmək, böhtan, şər atmaq Ramazan ayının orucuna təsir edən və ruhu incidən əməllərdir. Ramazan ayında insan qəlbini pisliklərdən təmizləməli, həyata nikbin baxmalıdır. Həmçinin bu dövrdə israf etmək, həddindən artıq yemək və ya lazımsız xərclər etmək məsləhət görülmür. Ramazan ayı yalnız fiziki nəfsin yox, həm də mənəviyyatın təmizlənməsi üçün bir fürsət olduğundan, qəzəbə qapılmaq və səbir etməmək kimi davranışlar da tövsiyə edilmir".

Hacı Surxay vurğulayıb ki, Ramazan ayında Qədr gecələri ən pak gecələrdən sayılır:

"Qədr gecələrində xüsusilə Allaha yaxınlaşılır. Hətta hədislərin birində belə bir şey keçir ki, Ramazan ayında bir nəfər gəlir Allahın Rəsulunun yanına deyir: Ey Allahın Rəsulu! Mənə elə bir dua öyrət ki, o duam qəbul olunsun. Allah Rəsulu sadə bir dillə ona duanın qaydasını öyrədir. Deyir: Ramazan ayında, xüsusilə Qədr gecələrində dua et".

Elşad Miri: Ramazan yatım-durum, orucu açım, iftar edim demək deyil

İlahiyyatçı alim Elşad Miri Bakıvaxtı.az-a açıqlamasında bu ayın Quran ayı olduğunu bildirərək insanların bu ayı əslində sadəcə sahur və iftarla əlaqələndirdiyini təəssüflə qeyd edib. Müsahibimiz bildirib ki, bu, bir ay ərzində təlim üçün olan bir anlayışdır. Ramazan Quranı anlamağa, onu dərk etməyə və bildirilənləri həyata keçirmək üçün əlimizə düşən bir fürsət ayıdır. Bunu düzgün dəyərləndirməliyik.

E.Miri vurğulayıb ki, Ramazan yatım-durum, orucu açım, iftar edim demək deyil. "Qurani-Kərim Bəqərə183 surəsində deyilir ki, "Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz".

Müsahibimizə görə, bu gün oruc tutmaqla bağlı insanlarda belə bir fikir formalaşıb, guya biz oruc tuturuq ki, yeməyə imkanı olmayam insanları başa düşək:

“Bu, yanlış bir təsəvvürdür. Ramazan ayı dieta ayı deyil, ac-susuz qalmaq ayı deyil, Quranı öyrənmək ayıdır. Öyrənib 11 ay ərzindədə öyrəndiklərimizi əks etdirməliyik".

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri