Icma.az
close
up
RU
Ramazanda Novruz bayramı qeyd etmək olar? Şeyxin müavini ilə MÜSAHİBƏ

Ramazanda Novruz bayramı qeyd etmək olar? Şeyxin müavini ilə MÜSAHİBƏ

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin Lent.az-a müsahibəsini təqdim edirik:

- Fuad müəllim, bilirik ki, Ramazan ayı bütün müsəlman dünyası müqəddəs sayılır. Bəs səbəb nədir? Niyə məhz bu ay?

- Ramazan ayı digərləri içində ən yüksək səviyyədə ehtiram olunan və hörməti qorunan aydır. Ramazanın müqəddəs sayılmağının səbəbi odur ki, Allah təala Qurani-Kərimi Məhəmməd Peyğəmbərə bu ayda, xüsusilə də bir qədr gecəsində bəxş edib. Peyğəmbərimiz buyurur ki, hər gecəni qədr gecəsi bilin və onu dərk edin. Həzrəti Rəsulullahdan soruşulanda ki, qədr gecəsinin hansı günə düşmək ehtimalı var, o, Ramazan ayının son on günlüyünə təsadüf etdiyini bildirib. Ona görə də müsəlmanlar Ramazanın son on günlüyündə bir neçə gecəni qədr gecəsi kimi keçirirlər. Müqəddəs kitabımız Quranda olan Qədr surəsi bunu isbat edir.

- Kimlər Ramazan ayının ən vacib əməli sayılan orucu tuta bilməz?

- İlk olaraq xəstə insanlar, hansı ki onlar həkimlərin tövsiyəsi ilə gün ərzində mütləq qidalanmalı və ya dərman qəbul etməlidirlər, onlar bu ayda oruc tutmaya bilərlər. Eyni zamanda, ac qalmağı məsləhət görülməyən yaşlı insanlar, hamilə qadınlar, vacib olduğu halda səfərə çıxan şəxslər oruc tutmamalıdır. Həmin şəxslər oruc tutmadıqları üçün əgər imkanları varsa, fidyə verirlər. Fidyə o deməkdir ki, oruc tutmayan şəxs hər gün üçün ya ərzaq ya da pul şəklində bir ac insanın qarnını doyurmalıdır. Əgər 1 ay oruc tutmayıbsa, bunun əvəzində minimum 150-200 manat məbləğində fidyə verə bilər. İmkanı olmayan və oruc tuta bilməyən şəxslər isə tövbə edir, Allahdan günahlarının bağışlanmasını istəyir.

Bundan əlavə, qadınlar hər ay keçirdikləri müəyyən xəstəlik zamanı oruc tutmurlar. Növbəti ilin Ramazan ayınadək həmin günləri qəza etməlidir.

Sağlıqlı, gücü və imkanı olan hər bir şəxs mütləq ki oruc tutmalıdır. Tutmasalar, günaha batmış, dini qanunları pozmuş olurlar. Çünki Quranın əl-Bəqərə surəsi 180-ci ayəsində oruc tutmaq bizə və bizdən öncəki insanlara da vacib edilib.

- Arıqlamaq və ya digər fiziki durumlara görə oruc tutanlara savab yazılırmı?

- Xeyr. Əgər bir insanın niyyəti Allaha xatir deyil, yalnız arıqlamaq və ya başqalarına özünü göstərməkdən ötrüdürsə, onun orucu savab sayılmır. Qaydalara görə, Allah belə orucu qəbul etmir.

- Oruc tutan qadınların bir qismi bəzənir, kosmetik vasitələrdən istifadə edir. Bu, orucun pozulmasına təsir edə bilər?

- Kosmetik vasitələr müxtəlifdir. Məsələn, qaşa, kirpiyə, gözə istifadə edilən kosmetik vasitələr orucu batil etməz. Eyni zamanda, dərini nəmləndirmək üçün hər hansı maz və ya kremdən istifadə də orucunuza təsir göstərməz. Lakin dodağa hansısa vasitə sürtüb, daha sonra onları bir-birinə toxunduraraq ağız suyuna qarışırsa, bu, orucu poza bilər. Bununla yanaşı, oruc tutan şəxsin diş pastasından istifadə etməsi düzgün deyil. Amma adi qaydada ağzını yaxalayıb, dişini yuya bilər.

- Mühüm məsələlərdən biri də Ramazan ayında toy, bayram, şadyanalığın keçirilməsidir. Bu mövzuya toxunmağınız yaxşı olardı.

- Təbii ki, Ramazan dualar, zikr, ibadət ayıdır. Hər birimiz bunu dərk etdiyimiz üçün toy-bayramı başqa aylara saxlayırıq. Amma bu il Novruz bayramı Ramazan ayına təsadüf edir. Bunun heç bir maneçiliyi yoxdur. Hər birimiz ailəmiz üçün bayram süfrəsi aça, şirniyyatlar bişirə, vəfat etmiş yaxınlarımızın qəbrini ziyarət edə bilərik. Əgər söhbət müasir mənada toy şənliklərindən gedirsə, bunu etməmək daha gözəldir. Bizim xalqımız da buna əməl edir. Onu da deyim ki, bir qızın hərisini vermək və ya nişanlamaq iftar süfrələri ətrafında da baş tuta biləcəyi üçün bunu rahat şəkildə yola vermək olar. Lakin axşam saat 8-dən sonra (iftar zamanı) insanları toya çağırmaq müəyyən narahatlıqlar doğuracağı üçün bu cür məclisləri digər aylaraq saxlasaq, daha doğru olar.

- Məsələn, kimsə oruc tutmaq istəyir, amma bunu bacarmır, iradəsi və ya səhhəti imkan vermir, bu halda o nə etməlidir? İnsan necə qərar verməlidir ki, oruc ona vacibdir ya yox?

- Səhhətində problem olan insanlar oruc tutmaya bilərlər. Amma əgər bir şəxs müsəlmandır və sağlıqlıdırsa, Qurani-Kərimdə olan əmrə əsasən, oruc tutmalıdır. Bu, vacib sayılır. Özlüyündə iradəm yoxdu və ya bacarmıram deyib oruc tutmamaq yanlış addımdır. Bu zaman həmin insan acizlik edərək Allahın əmrini pozur. Bəzi insanlar işini və ya başqa bir şeyi bəhanə gətirərək oruc tutmaqdan, namaz qılmaqdan yayınır. Allaha olan ibadətdə bəhanə yoxdur. Bədən sağlamdır, ağıl yerindədirsə, ibadətə tam şəkildə qüdrətiniz var deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Mart 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri