Icma.az
close
up
RU
İranın addımı İslam əqidəsinə sığmır Şeyxin müavini

İranın addımı İslam əqidəsinə sığmır Şeyxin müavini

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi, xatirə lövhəsinin açılması və gələcəkdə büstünün qoyulmasının planlaşdırılması tarixi-mədəni irsin mənsubiyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə İranın vitse-prezidentinin tədbirdə iştirakı və məscidin İran-Ermənistanın ortaq irsi kimi təqdim edilməsi Azərbaycanın tarixi irsinin beynəlxalq səviyyədə tanıdılması məsələsini də aktuallaşdırıb. 

Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin müavini Bəxtiyar Nəcəfov bildirib ki, erməni xisləti dəyişməz olaraq qalır:

"Bu gün ermənilər gücləri azdır deyə özlərini dünyaya fərqli göstərirlər. Bu millət dəyişən deyil. Heç Göy məscid yox, başqa məscid olsun, harada yazılıb ki, məscidin salonuna ad və büst qoyalar? Dinimizdə, əqidəmizdə olmayan işə əl atırlar. Onlar təkcə İrəvanda 10 məscidimizi yerlə-yeksan ediblər. Təpəbaşı məscidini şərab içilən yer ediblər, 30 il məscidlərimizdə donuz saxlayıblar. Bütün bu hərəkətlərin fonunda bugünkü addımları çox kiçikdir. Azərbaycanın milli-mədəni irsini, dini dəyərlərimizi erməni vandalları məhv etməyə cəhd göstəriblər. Erməni ermənidir, yenə də öz iç üzlərini, xislətlərini göstərirlər".

Şeyxin müavini din adamlarının, Qafqaz Müsəlmanları İdarəsinin faktlara əsaslanaraq addımlar atdığını söyləyib:

"Bir neçə gün öncə təqdimatı olan "İrəvan qazılığının tarixi" adlı kitab tarixi faktlara söykənilib. Ona görə də ermənilər bunu qəbul edə bilmirlər. Onlar həzm edə bilmirlər ki, İrəvan tarixən azərbaycanlıların yaşadığı, məskunlaşdığı ərazi olub. Orada bizim dini, mədəni irsimizin olması buna sübutdur. İrəvandakı abidələrin hamısı tarixən bizə aiddir, bu fakt danılmazdır. Göy məscidin Azərbaycan memarlıq üslubunda Pənahəli xanın tikdirdiyi məscid olduğunu tarix yazır və bu gün bütün dünya bunu bilir. Bunu necə başqa adla təqdim etmək olar? Kim başqa ad verirsə və belə tədbirlərdə iştirak edirsə, insafsızlıq edir".

B.Nəcəfov İranın vitse-prezidentinin tədbirdə şəxsən iştirak etməsi ilə bağlı isə bunları deyib:

"Bu, düz iş deyil. Burada hansı qardaşlıqdan, hansı İslamdan, hansı əqidədən söhbət gedə bilər? Düzdür, biz tolerantlığın və sülhün tərəfdarıyıq. Amma bu gün hansısa dövlətin yüksək vəzifəli şəxsinin Azərbaycana aid olan bir yerdə belə bir tədbirdə iştirakı təəssüf doğurur.  Din adamları həmişə deyirlər ki, gəlin, siz də, biz də tarixi faktlarımızı ortaya qoyaq. Orada nə vaxtdan mövcud olduğumuzu, hansı işləri gördüyümüzü göstərək".

Şeyxin müavini bunun nümunəsi olaraq Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə hərəkət edildiyini deyib:

"Bu gün bütün iş üslubumuz Qərbi Azərbaycana qayıdış konsepsiyasının üzərindədir. Fikirlərimizi, həqiqətləri təhrif etmədən dünyaya çatdıraq. Biz indiyə kimi İrəvanla, Qərbi Azərbaycanla bağlı heç bir tarixi faktı təhrif etməmişik. "İrəvan qazılığının tarixi" kitabında Azərbaycan tarixi arxivindən çox cüzi istifadə olunub. Burada Gürcüstan, İstanbul və Rusiya arxivlərindən Şeyx Həzrətlərinin əldə edib gətirdiyi tarixi obyektiv faktlar var. Hər hansı çatışmazlıq, neqativ hal varsa, ona cavab versinlər. Yoxsa gerçəyimizin, həqiqətimizin üstünü örtüb məscidlərimizə başqa ad vermək onların özlərini aşağılayır. Onlar olmayan şeyi necə deyə bilərlər? Bununla özlərini çətinə salacaqlar. Bu gün hansı məscidin, kilsənin guşəsinə şair adı verilib? Bu, gülünc bir vəziyyətdir. Yenə deyirəm, adı üstündə, ermənidir, erməni heç vaxt dəyişməyəcək. Yetər ki, əqidəmizlə, sözümüzlə cənab Prezidentin apardığı Qərbi Azərbaycana Qayıdış konsepsiyasının ardınca hərəkət edək. İnşallah, həqiqət bizimkidir".

İranın bizimlə tarixi və kök bağlılığı olan qonşu dövlət olduğunu vurğulayan B.Nəcəfov əlavə edib:

"Amma bu gün İran siyasətçilərinin Azərbaycana aid olan, xüsusilə dini, əqidə ilə bağlı abidəyə hansısa erməni şairinin adının verilməsində iştirakı və İranın yüksək vəzifəli şəxslərinin orada iştirakı təbii ki, biz azərbaycanlılar və din adamları üçün xoş qarşılanmır. Mən bunu hələ dini nöqteyi-nəzərdən deyirəm. Heç siyasətçi olmasam da, əqidə sahibi kimi qəbul edə bilmərik ki, məscidə şair adı verilsin. Məscidə də şair adı verilər, şairin atributu qoyarlar? Məsciddə bunun nə işi qalıb?" - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Noyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri