Ramil Əliyev: “İnformasiya təhlükəsizliyi hər bir vətəndaşın diqqətində olmalıdır” Yeni Çağ Media
Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.
İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev informasiya təhlükəsizliyinin müasir dünyanın ən aktual problemlərindən biri olduğunu bildirib. O, QHT.az-a açıqlamasında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsinə dair sərəncamını yüksək qiymətləndirib.
“Bu sənəd Azərbaycan dövlətinin informasiya təhlükəsizliyi məsələlərinə ciddi önəm verdiyini və bu sahədə sistemli tədbirlər həyata keçirdiyini bir daha təsdiqləyir. Dövlət üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra edir, lakin vətəndaş cəmiyyətinin də bu məsələdə fəal iştirakı zəruridir,” – deyə QHT sədri qeyd edib.
O əlavə edib ki, xüsusilə media və QHT sektoru maarifləndirmə və müxtəlif layihələrin reallaşdırılması ilə informasiya təhlükəsizliyi sahəsinə əhəmiyyətli töhfələr verə bilər. “Biz də bu istiqamətdə ciddi fəaliyyət göstərməyi və müvafiq layihələr həyata keçirməyi planlaşdırırıq,” – deyə Ramil Əliyev vurğulayıb.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















