Icma.az
close
up
RU
Ramil Əliyev mərhum Ruslan Quliyev barədə duyğusal paylaşım edib

Ramil Əliyev mərhum Ruslan Quliyev barədə duyğusal paylaşım edib

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

QHT sədri Ramil Əliyev yaxınlarda vaxtsız vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyevlə bağlı sosial şəbəkə hesabında emosional paylaşım edib. Ramil Əliyev mərhum həmkarının itkisindən sarsıldığını bildirərək, onunla bağlı təəssüratlarını və xatirələrini bölüşərək, Ruslan müəllimin əziz xatirəsinə şeir həsr edib.
Demokrat.az
həmin paylaşımı təqdim edir :
” Uca Zirvəm Ruslan Quliyevin Əziz Xatirəsinə
Ruslan Quliyev çox dəyərli dost, yüksək mənəviyyata malik insan və əsl vətənpərvər Azərbaycan övladı idi. O, bütün ömrünü Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılmasına, ölkəmizin turizm potensialının tanıdılmasına və Vətənimizin təbliğinə həsr etmişdi.
Ruslanla tanışlığımız 2020-ci ilin iyul ayında, Tovuz hadisələri zamanı baş tutdu. Həmin günlərdə əsgərlərimizə qurban payı aparılması ilə bağlı keçirilən tədbirdə iştirak edirdik. Mərhum dostumla məni,dəyərli ziyalımız Rauf Zeyni tanış etdi. Elə həmin gündən münasibətlərimiz vətən sevgisi üzərində quruldu və zaman keçdikcə dostluğumuz qardaşlığa çevrildi.
Bir neçə gün sonra Vətən müharibəsi başladı. O ağır və şərəfli günlərdə də daim əlaqə saxlayır, ölkəmiz və ordumuz haqqında danışırdıq. Qələbədən sonra isə münasibətlərimiz daha da möhkəmləndi. Bizi birləşdirən ən böyük dəyər Vətənə olan sonsuz sevgimiz idi.
Şəhidlərimiz və qazilərimiz haqqında çəkdiyim videoları ona göndərərdim. Ruslan hər dəfə zəng edib fikirlərini bölüşər, ürəkdən danışardı. Onun qəlbi o qədər böyük idi ki, harada olurdu-olsun, Azərbaycanın adını uca tutmadan dayana bilmirdi. İstər ölkə daxilində, istərsə də xaricdə keçirilən tədbirlərdə Vətənimizi sevə-sevə təbliğ edirdi.
Biz birlikdə Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Türkiyənin, Trabzon, Elazığ şəhərlərində və Qazaxıstanın Almatı şəhərində keçirilən tədbirlərdə iştirak etmişik. Ruslanın bir amalı vardı: Azərbaycanı tanıtmaq, Qarabağın həqiqətlərini dünyaya çatdırmaq və Vətənimizin adını hər yerdə qürurla səsləndirmək.
O, tədbirlərə gedərkən özü ilə xarıbülbül rozeti aparar, iştirakçılara hədiyyə edərdi. Şuşadan, Qarabağdan, milli-mənəvi dəyərlərimizdən, mədəniyyətimizdən və kulinariyamızdan böyük sevgi ilə danışardı. Azərbaycan onun üçün sadəcə bir ölkə deyil, həyatının mənası idi.
2025-ci ildə atam dünyasını dəyişəndə ən çətin günlərimdə mənə mənəvi dayaq olan insanlardan biri də Ruslan oldu. Mənə təsəlli verdi, yanımda oldu, dostluğun və qardaşlığın nə olduğunu bir daha göstərdi. Bu yaxşılığını heç zaman unutmayacağam.
Ruslanın vəfatından cəmi bir neçə saat əvvəl ona bir şeir yazmışdım. Sanki ürəyimdə izah edə bilmədiyim bir hiss vardı. Bu gün həmin sətirləri böyük hüzn və kədərlə xatırlayıram.

“Gəz dağları, dərələri,

Sənə yaraşır bu yollar.

Səhər kimi təmiz gülüşün,

Ürəklərdə açar baharlar.

Küləklərlə söhbət eylə,

Çiçəklərə sirrini de.

Axan çaylar nəğmə çalsın,

Sevinc dolsun hər bir günə.

Dağ başında günəş doğsun,

İşığına nur qatılsın.

Hər addımın uğur olsun,

Arzuların gerçəkləşsin.

Gəz dağları, dərələri,

Sənə yaraşır azad olmaq.

Ruslana, həyat yolunda

Həmişə uca zirvə yaraşır”
 

Kaş ki, Ruslan bizimlə qalardı, dostluğumuz və qardaşlığımız uzun illər davam edərdi. Son yazılarımın birində ona belə müraciət etmişdim:
“Sən mənim dostum deyilsən, sən mənim uca zirvəmsən.”
Bu gün o sözlərin mənası mənim üçün daha dərindir. Ruslan artıq mənim üçün əbədi bir uca zirvədir. O zirvə həmişə qəlbimdə yaşayacaq.
Allah sənə rəhmət eləsin, əziz dostum, dəyərli qardaşım. Məkanın cənnət olsun. Sən bizim yaddaşımızda, qəlbimizdə və xatirələrimizdə hər zaman yaşayacaqsan.
Ruhun şad olsun, uca zirvəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 İyun 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri