Ramil Quliyev karyerasını başa vurdu Yeni Sabah
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev karyerasını başa vurub.
Yenisabah.az xəbər verir ki, 34 yaşlı atlet ehtiyac duyulacağı halda yenidən start xəttinə çıxa biləcəyini də istisna etməyib.
"Peşəkar karyeramı bitirmişəm. Ola bilsin ki, lazım gələrsə, estafet komandasında çıxış edim. Amma bu mövzu ilə bağlı hələlik federasiya ilə danışmamışıq. İdmanla hazırda yalnız zövqüm üçün məşğul oluram".
Qeyd edək ki, dünya və Avropa çempionu ötən il zədələndiyi üçün yalnız Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində yarışlara qatılıb. Lakin dördilliyin əsas yarışında iştirak hüququ qazana bilməyib./İdman.biz

Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
12 Noyabr 2024 11:18
Ramil Quliyev Türkiyə yığmasının baş məşqçisi oldu
19 Dekabr 2024 14:22
Ramil Quliyev: Prinsesimlə həftəsonunun dadını çıxarırıq FOTO
25 İyun 2025 17:20
SABAH Eldəniz Quliyev yazır
06 May 2025 15:32
Quliyev “Sabah”ın qələbə qazanacağına inanır
09 İyul 2025 17:01

