Ramil Həsən Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru ilə görüşüb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Qazaxıstanın Astana şəhərində Baş katib Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru səfir Berik Arın ilə görüşüb.
TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, B. Arın Ramil Həsəni Baş katib vəzifəsinə başlaması münasibətilə təbrik edib, onun peşəkarlığını və Türk dünyasının birliyi və inteqrasiyasının möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələrini vurğulayıb.
Görüşdə Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru TÜRKPA nümayəndə heyətinə təşkilatın missiyası, strukturu və əsas proqramları barədə məlumat verib.
B.Arına təşəkkür edən Ramil Həsən fikir mübadiləsinin səmərəliliyi və görüşün konstruktiv xarakter daşımasından məmnunluğunu ifadə edib.
Tərəflər hər iki təşkilatın fəaliyyəti çərçivəsində birgə təşəbbüslərin araşdırılması barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 18 Oktyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















