Ramil Həsən ATƏT in Baş katibi ilə görüşüb FOTO
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Avstriyanın paytaxtı Vyana şəhərinə rəsmi səfəri çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
SİA xəbər verir ki, görüş əsnasında 2010-cu ildən etibarən davam edən ATƏT, ATƏT PA və TÜRKPA arasındakı əlaqələrin vəziyyəti, sülhə və əmin amanlığa, konfliktlərin sülh yolu ilə həlli istiqamətində həyata keçirilən işlər müzakirə edilib.
R.Həsən qeyd edilən məsələlərlə bağlı ATƏT və Baş katib Feridun Sinirlioğlu tərəfindən göstərilə biləcək dəstək və töhfənin əhəmiyyətini vurğulayıb.
F.Sinirlioğlu iki təşkilatın mövcud əməkdaşlıq imkanlarına xüsusi diqqət yetiriləcəyini və bu istiqamətdə ATƏT-in səlahiyyətləri çərçivəsində verilə biləcək dəstəklər istiqamətində fikirlərini ifadə edib.
O, həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələri dünya və ATƏT-in üzv ölkələri üçün xüsusi əhəmiyyət daşıyır və sülhə xidmət edir:
"Türk dünyasının ortaq məqsədlərinə sahib çıxmaq və ümumbəşəri dəyərlərin daha da gücləndirilməsinə töhfə verməyə hər zaman hazırıq".
Görüşdə eyni zamanda TÜRKPA-nın bu ilin may ayında İstanbul şəhərində keçirilməsi planlaşdırılan "Avrasiyada yeni əməkdaşlıq: Strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası" mövzulu konfransla bağlı fikir mübadiləsi aparılıb, eləcə də digər qarşılıqlı maraq kəsb edən məqamlar haqqında danışılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 19 Fevral 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















