Icma.az
close
up
RU
Ramil komanda ilə arasını düzəldib Rezabala Neftçi yə fayda verə bilər?

Ramil komanda ilə arasını düzəldib Rezabala Neftçi yə fayda verə bilər?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Neftçi” ötən mövsüm göstərdiyi nəticə ilə azarkeşlərinə yalnız məyusluq yaşatdı. 6-cı yer nə paytaxt klubunun, nə də baş məşqçi Samir Abasovun ad-sanına yaraşdı.

“Ağ-qaralar” təlim-məşq toplanışının ikinci hissəsinə başlayıb. “Neftçi” hazırlıq dönəmini Polşada davam etdirir. Artıq yoxlama oyunları üçün rəqiblər də bəllidi. “Ağ-qaralar” iyulun 17-də Təl-Əviv “Hapoel”i (İsrail) qarşılaşıb. 22-də “Termalista” (Polşa), 27-də “Asteras” (Yunanıstan), avqustun 1-də isə AEL (Cənubi Kipr) ilə oynayacaq.
Komandanın heyətinin tam formalaşdığını demək olmaz. Hələ də ən azı beş transferə ehtiyac var - mərkəz müdafiəçiləri, sağ cinah müdafiəçisi, sol cinah vingeri və səviyyəli, qol duyumu yüksək olan mərkəz hücumçusu.
Qapıçı transferi də gündəmdədi. Amma iş orasındadı ki, komandanın indiki əsas qapıçısı, yığma üzvü Rza Cəfərov getmədən bu haqda düşünmək yersizdi. Rzanın Buxarest “Dinamo”suna mümkün transferi uzun müddət müzakirə olunsa da, məhz bakılılar yeni və səviyyəli qapıçı tapa bilmədiyinə görə alınmadı.
Ən aktual müzakirə mövzularından biri də Ramil Şeydayevlə bağlıdı. O, ötən mövsüm ümidləri doğrultmadı. Hər kəs Ramilin yeni mövsümə başqa komandada başlayacağını düşünürdü. Amma belə görünür ki, artıq onunla bağlı problem yoxdu. Məşqlərdə kefinin yerində olduğu görünür, komandadaxili oyunlar zamanı Emin Mahmudovla birgə qalib heyətdə yer alır.
"Aö-qaralar” Cordan Rezabala ilə Fredi Varqası transfer edib. Rezabala hamımıza tanışdı. Amma “Sumqayıt”da fərq yaradan futbolçunun “Neftçi”də bunu bacarması mümkünsüzdü. Amma mümkünsüz də deyil. Belə nümunələri çox görmüşük. Son mövsümlərə baxsaq, Georgi Papunaşvili “Kəpəz”də özünü çox yaxşı göstərə bildi və “Zirə”yə transfer olundu. Ötən mövsüm “qartallar”ın da ən yaxşılarından idi.
Hələ ki “Neftçi”nin hazırlıq dönəmini yaxşı keçirdiyini deyə bilərik. Samir Abasov və köməkçiləri mental baxımdan komandanı gələn mövsümə kökləmiş kimi görünür.
Daha bir yeni xəbər “Neftçi”nin qadınlardan ibarət “Bella Çao” fanklubunun yaradılması ilə bağlıdı. Düzdü, “ağ-qaralar”ın oyunlarında həmişə zərif cins nümayəndələrinə rast gəlirik. Ancaq yeni mövsümdən xanımların paytaxt klubuna daha təşkilatlanmış formada, ayrıca güc kimi dəstək verməsi gözlənilir. “Bella Çao”nun yaradıcılarının izinə düşə bilməsək də, yaxın günlərdə bu fanklubla bağlı məlumatı sizə çatdıracağıq.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyul 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri