Icma.az
close
up
RU
Samuel Mraz “Neftçi”yə fayda verə bilər? TƏHLİL

Samuel Mraz “Neftçi”yə fayda verə bilər? TƏHLİL

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Daha öncə qeyd etdiyimiz kimi, Samuel Mrazın “Neftçi”yə qoşulması an məsələsidir. 

“Ağ-qaralar” son illər komandaya sürətli, taktiki baxımdan çevik oyunçular cəlb edir. Hazırda klubun ön xətdə dərinlik yaratmağa ehtiyacı var. Samuelin Avropadakı oyun statistikası buna uyğun potensialı olduğunu göstərir.

Mraz Avropanın bir çox komandalarında oynayıb və özünü potensial olaraq formalaşdırıb. Onun çempionatlardakı performansına baxdıqda, qol vurma bacarığı, üzü qapıya dönük oyunçu rolunda çox tərəfli işləmə qabiliyyəti diqqəti çəkir.

Samuel uzun illər Avropa meydançalarında formalaşmış əhəmiyyətli təcrübə qazanıb. Onun Slovakiya Superliqası təmsilçisi "Jilina"dakı çıxışı diqqətlə izlənirdi. Xüsusən, 2017-18-ci illər aralığındakı statistikası onu elit hücumçular siyahısına daxil edib.

Mraz hücum xəttində qeyri-adi bacarığa malikdir. O, yüksək sürət, driblinq qabiliyyətinə və hava duellərində üstünlüyə sahibdir. Ən əsası, gənc yaşlarında "Jilina"dan qazandığı dinamik oyunu hələ də saxlamağı bacarıb.

2018-ci ildə İtaliyanın “Empoli” klubuna transfer olunan Samuel burda möhkəmlənməyi bacarmayıb. Buna baxmayaraq, o, komandanın heyətində 6 oyuna çıxıb və bir qol vurmağı da bacarıb. İcarə əsasında yollandığı “Brondbü”də isə yenidən şans qazanmağa nail olub. O, çıxdığı 22 matçda 4 qolla yadda qalıb. 

Onun təcrübəsi və sürəti “Neftçi”yə fayda verə bilər. “Ağ-qaralar” komandaya peşəkar futbolçular cəlb etməyi hədəfləyirsə, Mraz bu qəbilə uyğun futbolçudur.

Samuelin oyun anlayışı, meydançada komandaya rahat uyğunlaşma bacarığı var. "Spetsiya"dakı performansı, qısa zamanda qolları sıralaması buna bir misaldır. Lakin onun cərimə meydançası xaricində yaşadığı çətinlikləri də qeyd etmək lazımdır.

Onun üstənlikləri ilə yanaşı, tənqid olunmalı tərəfləri də var. Mraz “Neftçi” kimi klubda oynamaq üçün müəyyən tapşırıqları qarşılamalıdır.

Forvardın komanda oyunu cəhətdən çıxışı təkmilləşdirilməlidir. 

Ümumi götürsək, hazırkı transfer dəyəri 700 min avro olan futbolçu “Neftçi” üçün əla sayıla bilər. Hücum xəttindəki “dişsizliy”i slovakiyalı ilə doldurmaq mümkündür.

Bu transfer reallaşarsa, “Neftçi”nin çox şey qazanacağını söyləmək olar. Zamanın nə göstərəcəyini isə görəcəyik…
 

Tural Piriyev: "Mingəçevir"in I Liqadakı yerini qoruyub saxlaması əsas hədəfdir" "Mingəçevir" sponsorunu tapdı - imzalanma mərasimi keçirildi “Neftçi”dən növbəti transfer: Yapondan sonra o da komandaya qoşulur "Şəki"nin basketbolçusu: "Meydana çıxmaq üçün çox həyəcanlıyam" Millimizin baş məşqçisi: “Futzalda zəif rəqib anlayışı yoxdur”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri