Icma.az
close
up
RU
Ramil Vəliyev: “Dedim ki, danışan azərbaycanlıdır, satqınlıq qanımızda yoxdur” MÜSAHİBƏ

Ramil Vəliyev: “Dedim ki, danışan azərbaycanlıdır, satqınlıq qanımızda yoxdur” MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan samboçusu Ramil Vəliyevin İdman.biz-ə müsahibəsi.

- Beynəlxalq Dopinq-Test Agentliyi sizi 5 il müddətinə diskvalifikasiya edib. Hadisəni bir də sizin dilinizdən eşidək.

- 2022-ci ildə ürəyimdə ağrılar olurdu, üstəlik, nəfəs darlığından əziyyət çəkirdim. Mən də ürək dərmanı qəbul etdim. Həmin dərmanın içərisində də mildronat olub. Bu maddə də dopinqə düşürmüş. Beləcə diskvalifikasiya edildim. Həmin il Avropa çempionatının finalçısı olmuşdum. Mənə bir, yaxud da iki il uzaqlaşdırma verə bilərdilər, çünki yaş faktorunu nəzərə almaq lazım idi. Neynəmişəm ki? Ürək dərmanı atmışam da. Martın 18-də 36 yaşım tamam olacaq. Vaxtıma çox az qalıb. Təsəvvür edin, 39 yaşımda cəzam bitəcək. Həmin vaxt da haqlı olaraq narazılıq etdim ki, mənim yaşım var, üstəlik, 20 ildir ki, peşəkar döyüşçüyəm. Həmin müddətdə ilk dəfə idi ki, dopinqə düşürdüm. Axı, ilk dəfədən niyə ən ağır cəzanı verirsiniz? Niyə məni idmandan uzaqlaşdırırsınız ki?

- Yəni günahsız olduğunuzu demək istəyirsiz?

- Demirəm ki, günahsız olmuşam, yaxud dərmanı kimsə yeməyimə qatıb. Elə bir şey olmayıb. Fakt bu dərmanı qəbul etmişəm. Sadəcə bilməmişəm ki, bunun tərkibi dopinqə düşür. Mənim dediyim odur ki, dopinqə düşmüşəm altı ay uzaqlaşdır, bir il uzaqlaşdır. Tutaq ki, mənimlə düşmənçiliyin var 2 il uzaqlaşdır. Niyə 5 il cəza verirsən ki? Həmin vaxt mənə İdarənin Avropadakı mərkəzindən zəng edib dedilər ki, səndən başqa da bu dərmanları qəbul edən varsa, adlarını deyin. Biz sizin işinizi yüngülləşdirərik. Dedim ki, sən Azərbaycana zəng etmisən, səninlə də danışan azərbaycanlıdır. Satqınlıq bizim qanımızda yoxdur. Mən sizin üçün nəyəm? Yəqin ki, beş il cəza almağımda bu söhbətin də rolu olub. Deyəsən, karyeramı bitirmək istəyirlər. Əgər həmin vaxt iki il cəza versəydilər, indi gedib Avropa çempionatını da udar, dünya çempionatında da mükafat verərdim. Mən bu məsələ ilə bağlı Azərbaycan Antidopinq Agentliyindən kömək istəyirəm.

- Həmin dövrdə cəza müddətini yüngülləşdirmək üçün hansısa addımlar atdınız?

- O vaxt bu işi Azərbaycan Sambo Federasiyası öz üzərinə götürdü. Dediklərinə görə, lazımi yerlərə müraciət edilsə də, qərarda heç bir dəyişiklik olmadı. Hətta mənə əvvəlcə dörd il demişdilər, indi öyrənirəm ki, sən demə, cəza müddəti beş il imiş.

- İndi MMA-da döyüşürsünüz.

- Bəli. İdmandan uzaqlaşmamışam. Qaydasız döyüşdə dünya çempionu olmuşam, professional döyüşçüyəm. Hazırda da MMA-da davam edirəm.

- Bəs samboya niyə təkrar qayıtmaqda bu qədər israr edirsiniz?

- Uşaqlıqdan sambo ilə məşğul olmuşam. Ona görə də bu idman növündə güləşmək mənim üçün daha rahatdır. Döyüş sambosunda Azərbaycan tarixinə düşmək istəyirəm. Çünki bu idman növündə dünya çempionumuz yoxdur.

- Çox güman beşillik dövr sizin üçün çətin keçir.

- Əlbəttə. Mən hələ də onun fikrini çəkirəm. Çünki həmin il Avropanı udmuşdum, dünyanı da uda bilərdim. Arxasınca başqa uğurlarım da olacaqdı. İndi xəbər saytlarında diskvalifikasiya xəbərlərini görəndə yenə narahat oldum. İdmandan kənar insanlara da başa salmaq olmur ki, dopinq nədir. Elə bilirlər adam zad yeyib olmusan əjdaha. Halbuki iki xırda başağrı dərmanı da atsan, dopinqə düşə bilərsən.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Mart 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri