Ramin Məmmədov AMİN könüllüləri ilə görüşüb
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri sentyabrın 24-də Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda AMİN könüllüləri ilə görüşüb.
Bu barədə 525.az-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Komitə sədri ölkədə gənclərin inkişafı, onların ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, könüllülük hərəkatının müxtəlif sahələrdə – xüsusilə ictimai və sosial istiqamətdə yaratdığı müsbət nəticələrə toxunub.
AMİN könüllülərinin ötən müddət ərzində iştirak etdikləri layihələr və təcrübə proqramları haqqında fikirlərini bölüşən R.Məmmədov gənclərin təşəbbüskarlıq və fəallığının təqdirəlayiq olduğunu bildirib. Vurğulayıb ki, könüllülük prosesi gənclərin şəxsi və peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, faydalı vətəndaş kimi formalaşmasına da şərait yaradır.
Görüş zamanı AMİN könüllüləri əldə etdikləri təcrübə haqqında məlumat verərək, müxtəlif layihələrlə bağlı təkliflərini səsləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 25 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















