Icma.az
close
up
RU
Ramin Məmmədov Dini Komitənin könüllüləri ilə görüşüb FOTOLAR

Ramin Məmmədov Dini Komitənin könüllüləri ilə görüşüb FOTOLAR

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dövlət Komitəsinin könüllüləri ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin çağırışı əsasında başladılan könüllülük hərəkatının dövlətin həyata keçirdiyi gənclər siyasətinin mühüm istiqamətlərindən birini təşkil etdiyini bildirib. O, Dini Komitə könüllülərinin bu prosesin fəal üzvləri olduğunu nəzərə çatdırıb.

Ramin Məmmədov gənclərin könüllü olaraq müxtəlif sosial layihələrdə fəal iştirak etməsinin vacibliyini də vurğulayıb:

"Gənclər sosial işlərdə fəal iştirakla yanaşı, müxtəlif təşəbbüsləri ilə cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayırlar. Könüllülərin təşəbbüskarlığı ölkənin inkişafı üçün əvəzsizdir və gənclərin müxtəlif sahələrdəki fəaliyyətlərinin dəstəklənməsi üçün Dövlət Komitəsi tərəfindən daha çox layihələr həyata keçiriləcək".

Ramin Məmmədov gənclərin cəmiyyətin inkişafına töhfə verən, müsbət dəyişikliklər yaradan layihələrdə iştirak etmələrinin önəmli olduğunu və bu prosesin davamlılığını təmin etmək üçün Dövlət Komitəsinin bütün imkanlarını səfərbər etməyə hazır olduğunu diqqətə çatdırıb.

Gənclər isə iştirak etdikləri təlimlər və qazandıqları təcrübələr barədə öz təəssüratlarını bölüşərək qeyd ediblər ki, bilik və bacarıqlarının inkişafında, mütəxəssis kimi formalaşmalarında bu layihə mühüm rol oynayır.

Görüşdə təşkili nəzərdə tutulan layihələrlə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dövlət Komitəsinin yeni tərkibdə formalaşdırılmış növbəti könüllü layihəsi “AMİN könüllüləri” adlandırılıb.

AMIN (Azerbaijan Multicultural Information Network) - Dövlət Komitəsinin xidmətlərinin elektronlaşdırılması ilə bağlı yeni layihəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri