Icma.az
close
up
RU
Ramin Məmmədov G20 prezidenti Kol Durhamla görüşüb

Ramin Məmmədov G20 prezidenti Kol Durhamla görüşüb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib.

XQ xəbər verir ki, G20 Dinlərarası Forumunun prezidenti Kol Durhamla görüşdə Azərbaycan ilə Forum arasında əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri və dinlərarası dialoqun beynəlxalq səviyyədə təşviqi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslanan mövcud tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. O, 2026-cı il oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq, tədbir çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) ilə tərəfdaşlıq əsasında təşkil olunacaq “Dinlərarası dialoq: ortaq gələcəyə aparan yol xəritəsi” adlı xüsusi plenar sessiyanın qlobal çağırışların müzakirəsi və dinlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından önəmini diqqətə çatdırıb.

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin On İki Həvarilər Kvorumunun üzvü David Bednar ilə görüşdə mədəniyyətlərarası anlaşmanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, işgüzar əlaqələrin gələcək istiqamətləri barədə müzakirə aparılıb.

Səfər çərçivəsində Dövlət Komitəsinin sədri Dini və Ənənəvi Sülhqurucuları Şəbəkəsinin icraçı direktoru Məhəmməd Elsanusi ilə görüşüb. Söhbət zamanı sülhün təşviqində dini və ənənəvi liderlərin rolu, eləcə də müxtəlif icmalar arasında dialoqun genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Müsəlman Ağsaqqalları Şurasının strateji planlaşdırma üzrə direktoru Məhəmməd Bahrı ilə görüşdə Azərbaycan dövlətinin mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti, beynəlxalq miqyasda bu istiqamətdə irəli sürdüyü təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dialoq, qarşılıqlı anlaşma və insan qardaşlığı prinsiplərinin təşviqi, regionda davamlı sülhün təmin edilməsi naminə atılan addımlara verilən yüksək beynəlxalq qiymətin ifadəsidir.

“Stirling” Fondunun prezidenti və icraçı direktoru Maylz Hansenlə görüşdə Azərbaycanın əsrlər boyu mədəniyyətlər və dinlər arasında sülh şəraitində birgəyaşayış təcrübəsi vurğulanaraq, ölkənin dini azadlığa və dialoqa sadiqliyinin regional sabitlik üçün nümunə olduğu qeyd olunub.

Görüşlərdə mövcud əlaqələrin inkişaf etdirilməsi, yeni əməkdaşlıq sahələrinin məzmununun zənginləşdirilməsi, həmçinin tərəflər arasında gələcək fəaliyyətin prioritet istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri