Ramin Məmmədov Global Teen Challenge təşkilatının rəhbəri ilə görüşüb
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Global Teen Challenge" təşkilatının icraçı direktorunun müavini Kevin Tayler və Gürcüstan üzrə direktoru Kuanış Akkuzov ilə görüşüb.
525.az xəbər verir ki, Dini Komitənin sədri Azərbaycan dövlətinin dini sahədə həyata keçirdiyi siyasət, gənclərin sağlam ruhda böyüməsi, zərərli vərdişlərdən qorunması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.
"Global Teen Challenge" təşkilatının icraçı direktorunun müavini Kevin Tayler qurumun fəaliyyəti, dünyada həyata keçirdiyi layihələr və ölkəmizdəki dini icmalarla gələcək əməkdaşlıq perspektivləri haqqında danışaraq, Azərbaycanda dini-mənəvi dəyərlərin qorunması sahəsində görülən işləri yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 02 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















