Ramin Quliyev: “Sabah” səfərdən qələbə ilə dönəcək”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah” çox yaxşı təsir bağışladı. İlk oyunda komanda istəkli və əzmkar görünürdü”.
Bu sözləri “Sabah” futbol klubunun sabiq baş məşqçisi Ramin Quliyev deyib.
O, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində TNS-lə keçirilən ilk oyunu (2:0) dəyərləndirib.
“Sabah” çox yaxşı təsir bağışladı. Komanda istəkli və əzmkar görünürdü. İlk dəqiqələrdən rəqibin qapanması müəyyən çətinlik yaradırdı. Buna baxmayaraq, komandamız təzyiqi daha da artırdı və layiqli qələbə qazandı. Hesab daha böyük də ola bilərdi.
İkinci tur üçün yaxşı nəticədir. İnanıram ki, “Sabah” səfərdən qələbə ilə dönəcək. Komandamızda arxayınlıq yaranacağına inanmıram. Bu turnirin adı kifayətdir ki, futbolçular ciddi olsunlar.
Rəqib ilk oyunda futbol adına heç nə ilə yadda qalmadı. Nə müdafiədə, nə də hücumların qurulmasında ciddi təsir bağışladılar. İlk oyunu nəzərə alaraq deyə bilərəm ki, səfərdə də qalib gələcəyik.
“Sabah”ın baş məşqçisi çox savadlı, istəkli mütəxəssisdir. İnanıram ki, komandanın uğurları hələ qarşıdadır”, - deyə o teleqraf.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, bu gün “Sabah” TNS-lə cavab oyununu səfərdə keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 14 İyul 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















