Ramin Quliyev: “Sabah”dan fərqli, “Qarabağ”ın üzərində təzyiq çoxdur”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Şanslar bərabərdir. Mövsümün iki iddialı komandası üz-üzə gəlir. İlk görüş heç-heçə başa çatdığından hər iki kollektiv həlledici görüşü vəsiqə qazana bilər”.
Bu sözləri “Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.
Mütəxəssis bu gün keçiriləcək Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu - “Sabah” - “Qarabağ” matçı ilə bağlı gözləntilərini bölüşüb.
“Qarabağ” çempionluq şansını demək olar ki, itirdiyi üçün “Sabah”ı məğlub edib kuboku qazanmaq haqda düşünür. Fikrimcə, ağdamlılar bütün gücünü ortaya qoyacaq ki, finala yüksəlsin. Bu mövsüm “Sabah”a qarşı oyunlarda istədiyi nəticələri əldə edə bilməyib. Bu da onu göstərir ki, iki güclü komanda üz-üzə gələcək və bizi gərgin mübarizə gözləyir. “Sabah” artıq çempionluq məsələsini həll edib. Kubokda da həlledici görüşün bir addımlığındadır. Valdas Dambrauskasın komandası “qızıl dubl” etmək üçün əlindən gələni edəcək. Hansı komanda psixoloji cəhətdən bu görüşü daha yaxşı hazırdısa, o da finala yüksələcək. “Sabah”dan fərqli, “Qarabağ”ın üzərində təzyiq çoxdur”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “Sabah” - “Qarabağ” matçı bu gün “Bank Respublika Arena”da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək. İlk görüş 2:2 hesabı ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 22 Aprel 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















