Icma.az
close
up
RU
“Ramiz Mehdiyev bizim ailəyə bir neçə deputat mandatı borcludur...”

“Ramiz Mehdiyev bizim ailəyə bir neçə deputat mandatı borcludur...”

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Təsəvvür edirsiz, onun və komandasının saxtakarlığının dərəcəsini və Azərbaycanın imicinə vurduğu zərbəni?  Həmin saxta sənədlər əsasında, protokol tərtib edilib ki, guya mən özümə məxsus mülkü dövlətdən gizlətmişəm və bu səbəbdən namizədliyim ləğv edilməlidir...”

“Ramiz Mehdiyev bizim ailəmizə bir neçə deputat mandatı borcludur. Yəni onun göstərişi ilə bizim iştirak edib yetərli səs topladığımız seçkilərin nəticələri özünün təyin etdiyi namizədlərin xeyrinə saxtalaşdırıldığına görə...”

Bunu Moderator.az-a açıqlamasında  Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov söyləyib.

Bundan sonra həmsöhbətimiz özünün və qardaşlarının müxtəlif illərdəki parlament seçkilərində başlarına gətirilənləri nəql edib:

“Şəxsən mənim 2010-cu ildə Nərimanov rayonunda seçki dairələrindən birində səs üstünlüyü qazanmağıma rəğmən Milli Məclisə üzv seçilməməyimə səbəb o zaman Prezident Administrasiyasının rəhbəri kimi bu məsələlərə müdaxilə edən Ramiz Mehdiyev olub. Onda mən Avropa Məhkəməsinə müraciət etdim. Lakin mənim xeyrimə çıxan qətnamədən öncə məndən razılıq alınmalıydı ki,  Avropadan gələn şərtləri qəbul edirəm, yoxsa dövlətimin təzminatını? O vaxt Avropa Məhkəməsinin qərarıyla mənim  millət vəkili maaşımı almaq hüququm vardı. Lakin deyildi ki, qətnamənin qüvvəyə minməsi üçün əvvəlcə altı ay gözləməliyəm, çünki Avropa Məhkəməsində mənə edilmiş haqsızlıqlarla bağlı çoxlu faktlar var idi... Bu faktlardan biri də ondan ibarət idi ki, millət vəkilliyinə namizəd olarkən, mənim adıma başqasının imzası ilə saxta sənədlər tərtib edilibmiş. Belə ki, başqasının adına olan ev mənim adıma sənədləşdirilib, “kupça”, yəni çıxarış əldə edilib. Təsəvvür edirsiz, Ramiz Mehdiyev və komandasının saxtakarlığının dərəcəsini və Azərbaycanın imicinə vurduğu zərbəni?  Həmin saxta sənədlər əsasında, protokol tərtib edilib ki, guya mən özümə məxsus mülkü dövlətdən gizlətmişəm və bu səbəbdən namizədliyim ləğv edilməlidir. Bununla bağlı mən 1-ci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya şikayət məktubu yazdım və onun məsələyə reaksiya məktubu gələndən sonra həmin sənədlər gizlətməyə məcbur oldular və mənim namizədliyim qəbul olundu.

Və seçkilərdə iştirak edib səslərin saxtalasdırılması nəticəsində məğlub edildikdən sonra dediyim kimi, Avropa Məhkəməsinə şikayət etdim. Lakin həmin məhkəmənin Qətnaməsinə rəğmən və həmin dövrdə banklara böyük məbləğdə kreditlər ödəməmə baxmayaraq qanuni olaraq millət vəkili maaşını almaqdan imtina etdim və dövlətimin mənə təklif etdiyi təzminatı qəbul etdim. Çünki Avropanın təzminatı ilə müqayisədə, dövlətimin mənə verəcəyi məbləğ çox daha kiçik olsa da, mən öz ölkəmi xarici qüvvələrin ayağına vermədim...

Eləcə də qardaşım Aqil Səmədbəyli  2000-ci ildəki  seçkilərdə Xətai rayonundan faktiki millət vəkili seçildi, amma yerinə MSK tərəfindən başqasını qalib elan elədilər. Sübut elədik ki, Aqil bəy qalibdi, yenə də onun mandatını vermədilər. Bundan sonra biz dirəniş göstərdik və yenidən məcbur olub ikinci dəfə seçkiyə getdilər. Amma yenə də saxtakarlıq, haqsızlıq etdilər. Əlbəttə ki, əlində seçildiyini təsdiqləyən bütün möhürlü-imzalı protokollar olduğu halda, Aqil Səmədoğlunun ikinci dəfə seçkiyə getməsi də heç bir qanuna, ağla və məntiqə uyğun deyildi…

Yeri gəlmişkən, Azərbaycanın ən yeni tarixində bu da yazılmalıdır ki, 2000-ci il parlament seçkilərində iştirak edən “91”-lərdən birisi - Babaxan Muradov faktiki millət vəkili elan olunduğu halda parlamentə buraxılmayıb. Belə hal tariximizdə bir dəfə olub... Yalnız bir oxşar hal olubdu ki, qardaşım Arzu Səmədbəyli lazımi qədər səs toplayıb millət vəkili seçiləndə onun da yerinə 2 milyon dollar, yaxud manat(dəqiq yadımda deyil)  rüşvət alınaraq başqa adamın təyin olunması televiziyada verildi. Eyni zamanda Yeni Azərbaycan Partiyasının eyni ərazidən  namizədliyini verən digər üzvü Musa Musayev də həqiqəti dilə gətirdiyinə görə, həmçinin kütləvi səs alması və bunu ekzitpol nəticələrinin də təsdiqləməsi nəticəsində MSK Arzu Səmədbəylinin namizədliyini təsdiqləməyə məcbur oldu və onun millət vəkili kimi parlamentdə oturması qəbul edildi...  

Sözümün canı həm də ondadır ki, o dövrdən bu cür qanunsuz addımlara qarşı mübarizə aparmaq lazım idi. Yoxsa o günlər nəinki susub, əksinə, Ramiz Mehdiyevi əndazəsiz tərifləyib bu gün o, vəzifədən çıxarılandan, ev dustağı ediləndən sonra onun əleyhinə var gücləri ilə danışanları qəbul edə bilmirəm…” 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri