Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bizim.Media xəbər verir ki, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqlərin vəsaiti əsasında onlar barəsində seçilmiş həbs qətimkan müddətinin uzadılması ilə bağlı təqdimat baxılıb.
Məhkəmə hər bir təqdimatı təmin edib və təqsirləndirilən şəxslərin həbs qətimkan müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
Onlara Cinayət Məcəlləsini. 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham verilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 09 Fevral 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















