Məhkəmədən Ramiz Mehdiyev barədə QƏRAR
Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident Adminstrasiyasının sabiq rəhbəri dövlət hakimiyyətini ələ keçirmək və dövlətə xəyanətdə ittiham olunur
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. AYNA.AZ xəbər verir ki, qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyevin hansı cinayətlərdə ittiham edildiyi məlum olub. O Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

