Icma.az
close
up
RU
Ramiz Mehdiyev kimi cılız adam barədə nə vaxtsa tərif demək qorxulu deyil Deputat

Ramiz Mehdiyev kimi cılız adam barədə nə vaxtsa tərif demək qorxulu deyil Deputat

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kopenhagen, Qəbələ və Yaxın Şərq Sülh Sazişi fonunda yalnız son bir neçə ayın siyasi xronikası əsas verir ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan artıq hesablaşılan qlobal bir güc mərkəzidir. Artıq Vaşinqton da, Paris, Moskva da Bakının hərbi-siyasi zəfərləri ilə yaratdığı yeni reallıqları qəbul edir və bu ölkələrlə münasibətlərimiz arzuolunan məcraya qədəm qoyur".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenat iclasında deputat Bəhruz Məhərrəmov bildirdi.

Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın xristianlığın mərkəzi Vatikana rəsmi səfəri və həm də sivilizasiyalararası dialoqda Azərbaycanın hərəkətverici rol üstünlüyünü göstərir:

"Bütün bunların fonunda ölkədə ictimai rəyin bəzən milli məqsədlərdən yayındırılması suallar doğurur.

Məsələn, son günlər diqqətin Ramiz Mehdiyev barəsində cinayət təqibinə fokslanması başadüşülən olsa da, bu situasiyanın dövlətçilik əleyhinə qaralama kampaniyasına çevrilməsi qəbuledilməzdir. Burda söhbət Mehdiyevin bir zamanlar konseptual müdafiəsindən getmir, söhbət dövlətin imicindən gedir.
Bu gün Azərbaycanın bütövlüyünü istəyən, sabitliyi dayanıqlığı inkişafı arzulayan qalib kimi yaşamaq istəyən sağlam düşüncəli hər bir vətəndaş üçün yalnız bir lider var - cənab İlham Əliyev.

Nə Mehdiyev, nə onun radikal müxalifətdəki balaları, Əli Kərimli, Qənimət Zahid kimiləri Azərbaycan xalqının gözündə İlham Əliyevə alternativ olmayıb, olması da mümkün deyil.

Mehdiyev barəsində cinayət təqibi üzrə təkzibedilməz sübutlar olduğu demək üçün ciddi əsaslar mövcuddur. Və onun əməllərində hansı xəyanətlər yatır bunu hüquq-mühafizə orqanları müəyyən edəcək. Amma bəzi məqamlara diqqət yetirmək vacibdir. Neobolşeviik təfəkkürü ilə ayrı-ayrı şəxsləri hədəfə almaq, yüksək mövqe tutmuş şəxs barəsində deyilən sözlərə, protokol xarakterli yazılara görə linç etmək, heç də Mehdiyevin ehtimal olunan xəyanətləri ilə mübarizə deyil. Əksinə, bu, xəyanətin özü qədər təhlükəlidir və ölkədə dövlətin nüfuzunu zədlələməyə, idarəçilik sistemini gözdən salmağa hesablanan, qəsdən Mehdiyevin böyük sosial dayaqlarına malik olduğu effektini formalaşdırmaq üçün süni formada təşkil edilən kampaniyadır.
Heç bir sosial dayağı olmayan Mehdiyev kimi cılız adam barədə nə vaxtsa tərif demək qorxulu deyil. Qorxulu olan bir vaxtlar Heydər Əliyev və İlham Əliyevv barədə hədyanlar söyləyib, bu gün isə pusquda məqam gözləyənləri görməməzlikdən gəlməkdir. Mehdiyev bir zamanlar ictimai-siyasi kəsim üzərində söz sahibi olub, amma onun heç vaxt sosial dayağı olmayıb. Sadəcə antimilli ünsürlərin köməyilə, zaman-zaman özünün əvəzolunmaz obrazını formalaşdırmağa çalışıb. Xatırlayırsınızsa onun administrasiya rəhbəri olduğu dövrdə 3-5 aydan bir radikallar küçələrə, iğtişaşlara sövq edilirdi və Mehdiyev bununla önəmli adam olduğunu göstərirdi. Ona görə də diqqəti daha çox məhz həmin o radikal ünsürlərin Milli Şura funksionerlərinin Mehdiyevlə gizli əlaqələrinə yönəldilməlidir və hər kəs əmin olsun ki, istintaq çox mətləllərə aydınlıq gətirəcək".

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri