Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Ramiz Mehdiyev kimləri ləkələyib, kimlərin qarşısını kəsib? Keçmiş deputat adlar çəkdi

Ramiz Mehdiyev kimləri ləkələyib, kimlərin qarşısını kəsib? Keçmiş deputat adlar çəkdi

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində DTX-nin Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılıb. Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

AZXEBER.COM mövzu ilə bağlı sabiq deputat Etibar Əliyevdən müsahibə alıb. 

– Etibar müəllim, Ramiz Mehdiyev barəsində başlanmış cinayət işi ilə bağlı fikirləriniz necədir?

- Təbiətcə Ramiz Mehdiyev antimilli bir şəxsdir. Mən bu məsələ ilə bağlı hələ 2021-ci ildə – Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olduğu dövrdə Milli Məclisdə çıxış etmişdim. O zaman da onun destruktiv əməllərinə diqqət çəkmişdim. Hətta mətbuatda "Ramiz Mehdiyev yetişmiş apensitdir” adlı məqaləm də dərc olunmuşdu. 

- Ramiz Mehdiyevin dövlət idarəçiliyində hansı mənfi əməlləri oynayıb?

- Ramiz Mehdiyev Administrasiyada çalışdığı illərdə Heydər Əliyevin yaxın silahdaşlarını ləkələyib. O, istedadlı insanlara qarşı kompromatlar hazırlayır, onları sıradan çıxarmağa çalışırdı. Onun əsas məqsədi "91-lər”i sıradan çıxarmaq idi və buna müəyyən dərəcədə nail də oldu.

- Konkret adlar çəkə bilərsiniz?

- Əlbəttə. Məsələn, "91-lər”dən olan Şahlar Əsgərov, professor Zahid Qaralov, Əli Nağıyev və Asiya Manafova bu siyahıya daxildir. Onun çox güclü ideoloji aparatı vardı. Həmin aparat vasitəsilə bəzi insanların deputat seçilməsinə mane olurdu. Bu adam çox insana pislik edib, onların qarşısını kəsib.  

– Vaxtilə onun haqqında dediklərinizə görə sizə qarşı hücumlar olmuşdu. Bunu necə xatırlayırsınız?

- Bəli, o dövrdə mənim dediklərimə görə təhqirlərə məruz qalmışdım. Hətta Ramiz Mehdiyev özü də mənim haqqımda "Etibar Əliyev sifarişlə yazılar yazır” deyə fikir bildirmişdi. Amma mən hər zaman hesab etmişəm ki, dövlətlə dövlətçilik etmək olmaz. Dövlətin öz maraqları və təhlükəsizliyi var. Bu gün də bütün oyunların üstü açılır. 

— Ramiz Mehdiyevin hazırda 87 yaşı var. Sizcə onun yaşı istintaq zamanı nəzərə alınacaqmı?

- Onun yaşı bu məsələdə nəzərə alına bilməz. Dövlətə qarşı törədilən əməllər üçün güzəşt olmaz. Böyük ehtimalla, bu işləri tək görməyib. Onun ətrafında kimlərin olduğu mənə məlum deyil, amma istintaq orqanları çevrəsini çox yaxşı tanıyır. Mediada onun yaxın çevrəsində Eltun Məmmədovun adı çəkilib. Ola bilər, bəzi şəxslər bu məsələdə şəxsi qərəzlə hərəkət ediblər. Ancaq ümumilikdə, Ramiz Mehdiyev dövlətçilik üçün destruktiv fiqur olub. 

— Ramiz Mehdiyevin ailə üzvləri barədə də müəyyən iddialar səsləndirilir. Bu haqda nə deyə bilərsiniz?

- Onun qızı Kamilə Əliyeva BDU-nun Psixologiya kafedrasının dissertantı olub. Heç bir kafedra müdirinə ona yaradılan qədər şərait yaradılmayıb. Həmçinin həyat yoldaşı Mehdiyeva Qalina üçün də BDU-da xüsusi şərait təmin edilib. Bütün bunları araşdırmaq lazımdır.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see242

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see228

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see225

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see223

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see169

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see166

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see155

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see152

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see149

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see141

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri