Icma.az
close
up
RU
RAMİZ MEHDİYEV KİMLƏRİ FETÖ SİYAHISINDAN ÇIXARMIŞDI? “Boz kardinal” keçmiş səfirdən buna görə qisas alırdı...

RAMİZ MEHDİYEV KİMLƏRİ FETÖ SİYAHISINDAN ÇIXARMIŞDI? “Boz kardinal” keçmiş səfirdən buna görə qisas alırdı...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev uzun müddət Azərbaycanın vaxtı ilə Türkiyənin Qars, İstanbul şəhərlərində baş konsulu, bir neçə ölkədə səfiri olmuş Həsən Zeynalova düşmənçilik münasibəti bəsləyib. Mehdiyev əlindəki rıçaqlardan istifadə edərək onu “vurmağa” çalışıb, iqtidar mediasına çıxışını əngəlləyib, onunla isti münasibətlərdə olan hakim partiyanın rəhbər şəxslərini cəzalandırıb.

“AzPolitika”-ya etibarlı mənbədən daxil olan məlumata görə, R.Mehdiyevin H.Zeynalova qarşı qəzəbi çox “mərhəm” məsələ ilə bağlı imiş. Mənbə qeyd edir ki, hələ 90-cı illərdən H.Zeynalovun keçmiş “boz kardinal”a biət etməməsi PA rəhbərində qıcıq yaradıb. Onun müxtəlif dövlət vəzifələrinə irəli çəkilməsinə mane olub. H.Zeynalov 12 il ərzində (1992-2004-cü illər) Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəsi olub.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu 2020-ci ildə “Yeni Müsavat” qəzetinə müsahibəsində Mehdiyevin H.Zeynalova qarşı necə aqressv olduğunu belə təsvir etmişdi: “Səhv etmirəmsə, 1998-ci il idi. Tanımadığım bir nəfər qəzetə məqalə gətirmişdi. Söhbət zamanı məlum oldu ki, yazı Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Həsən Zeynalov haqqındadır. Həsən Zeynalovun 50 yaşı tamam olurdu. Hənim məqalə də onun doğum günü münasibətilə yazılıb. Mən onda Həsən Zeynalovu şəxsən tanımırdım. Yazını gətirən adam onu da əlavə etdi ki, deyim, biləsiniz, Ramiz Mehdiyevin Həsən Zeynalovdan xoşu gəlmir. Mən dedim ki, Ramiz Mehdiyev özü bilər, bizim qəzetin xəttini onun şəxsi zövqü müəyyən etmir. Məqalə qəzetin növbəti sayında dərc edildi. İnsanda nə qədər kin-kudurət olarmış. O məqaləyə görə Mehdiyev yanında xüsusi iclas keçirdi. Təbii ki, “Yeni Azərbaycan” qəzetinin adını çəkmədən, məqaləni xatırlatmadan Həsən Zeynalovu asıb-kəsdi: “Həsən Zeynalov özünü reklam elətdirir, bütün tədbirlərdə ön sırada əyləşir” və sair…”

A.Həsənoğu bu qəzəbin səbəbini belə izah edir ki, Ramiz Mehdiyev bir balaca müstəqil fikri olan, xüsusilə də Heydər Əliyevin diqqət mərkəzində olan şəxsləri sevmirdi. ““Sevmirdi” demək azdır, o, belə adamları özünün şəxsi və ideoloji düşməni hesab edirdi. Görünür, bu səbəbdən də o Həsən Zeynalovun adını da özünün qara siyahısına salmışdı. Məndə olan məlumata görə, Ramiz Mehdiyevin Həsən Zeynalova qarşı aqressiv münasibəti son günlərə kimi səngiməmişdi...”, - baş redaktor müsahibəsinə deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev hakimiyyətə gəldikdən 1 il sonra sonra H.Zeynalovu Qars şəhərinə baş konsul təyin edib, 6 il bu vəzifədə çalışdıqdan sonra İstanbul şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə irəli çəkilib.


Mənbə bildirir ki, R.Mehdiyevi daha da qəzəbləndirən hadisə onun İstanbulda olduğu zamana təsadüf edib. Belə ki, Türkiyə siyasi dairələri Azərbaycan hakimiyyətində FETÖ ilə gizli əlaqələri olan məmurların siyahısını Həsən Zeynalov vasitəsi ilə Azərbaycan hakimiyyətinə ötürüb. Konsul isə həmin siyahını o zaman Prezident Aparatının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olan Novruz Məmmədova təqdim edib. Mənbə bildirir ki, şöbə müdiri siyahının Prezidentə təqdim edilməsi üçün PA rəhbəri Ramiz Mehdiyevə verib. “Boz kardinal” isə özünə yaxın bəzi şəxslərin, o cümlədən köməkçisi, keçmiş deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanovun adını siyahıdan çıxarıb. Mənbə vurğulayır ki, əsl qalmaqal bir müddət sonra - həqiqət üzə çıxarkən baş verib. Həsən Zeynalov siyahıda olan bəzi şəxslər barədə tədbirlər görülməməsinin səbəbini araşdırmağa çalışıb. O, növbəti dəfə siyahını başqa bir şəxs vasitəsi ilə Prezidentə çatdırıb. Bu zaman Mehdiyevin kimləri ölkə başçısının qəzəbindən qorumağa çalışdığı agah olub. Qısa müddət sonra bir neçə şəxs, o cümədən E.Aslanov PA-dakı vəzifəsi ilə vidalaşıb.


Qeyd olunur ki, Həsən Zeynalovun bu addımı Ramiz Mehdiyevi özündən çıxarıb və onun yaxın ətrafından, qohumlarından qisas almağa qərar verib. Belə ki, Həsən Zeynalovun yaxın qohumu, 30 ilə yaxın prokurorluq orqanlarında çalışan, Akif Çovdarov başda olmaqla ləğv edilmiş MTN generallarının törətdiyi cinayətlərə görə barələrində həbs qərarının seçilməsini məhkəmədə müdafiə edən və ona nail olan Elçin Əliyev sərəncama götürülüb. Mənbə bildirir ki, o, Baş Prokurorluqda struktur dəyişikliyi bəhanəsi ilə sərəncama götürülüb və qanunda nəzərdə tutulduğu müddətdən 7 aya yaxın artıq müddətdə işlə təmin edilməyib.

E.Əliyev isə öz hüquqlarının müdafiəsinə qalxıb və qismən ona nail olub. Belə ki, Prezident Administrsiyasına E. Əliyevin rayonların birinə prokuror təyin olunması ilə bağlı təqdimat verilib və rayon prokuroru vəzifəsinə müvəqqəti icra edən vəzifəsinə göndərilib. Qanunda bu vəzifənin müvəqqəti maksimum 3 ay icra edilməsi nəzərdə tutulsa da, Ramiz Mehdiyev onun rayon prokuroru vəzifəsinə təsdiq edilməsinə imkan verməyib. E.Əliyev nə az-nə çox, 5 il bu vəzifəni müvəqqqəti icra etməyə məcbur olub. Amma R.Mehdiyevin təzyiqi ilə daha sonra o, heç bir səbəb olmadan öz işindən uzaqlaşdırıb, qulluqkeçmə qanunvericiliyi kobud pozulmaqla, Pirallahı Rayon Prokurorluğuna müstəntiq vəzifəsinə göndərilib.

Mənbə bildirir ki, Həsən Zeynalov da birbaşa Ramiz Mehdiyevin hədəfində olsa da, istəyinə nail ola bilməyib.

Prezident İlham Əliyev yuxarıda bəhs olunan hadisədən qısa müddət sonra onu Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Dekabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2005

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see194

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri