Ramiz Mehdiyev özünə belə müraciət edilməsini istəyib Qəribə tələb
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ramiz Mehdiyev özünü şəstlə “akademik” adlandırırdı”.
Globalinfo.az xəbər verir ki, bunu sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənov APA-ya müsahibəsində deyib.
“Hətta məcbur edirdi ki, icra başçıları ona məktub yazanda “Akademik Ramiz Mehdiyevə” deyə müraciət etsinlər. Bu, görünməmiş bir tələb idi. O, anadangəlmə riyakar idi. Ramizdə səmimiyyət deyilən hiss olmayıb. Ramiz açıq polemikaya qadir adam deyil, sözü üzə deyə bilmirdi. El arasında yaxşı bir ifadə var: “Çörəyi dizinin üstündə olan adam”. O da heç vaxt duz-çörəyə hörmətlə yanaşmayıb.
İstər Heydər Əliyev, istər İlham Əliyevin etdikləri bu qədər yaxşılıqlardan sonra onun indi üzə çıxan, müzakirə olunan gizli məktubu çox dəhşətli hərəkətdir”, – H.Həsənov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 Oktyabr 2025 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















