Ramiz Mehdiyev YAP ın Veteranlar Şurasından çıxarıldı
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul olunub.
Modern.az xəbər verir ki, qərar YAP İdarə Heyətinin qurultaydan sonra keçirilən iclasında müzakirə ediləcək.
Veteranlar Şurasının say tərkibi də dəyişib, belə ki, şurada 35 nəfər təmsil olunacaq.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 16 Oktyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















