Icma.az
close
up
RU
Ramiz Mehdiyev YAP ın sıralarından ÇIXARILACAQ

Ramiz Mehdiyev YAP ın sıralarından ÇIXARILACAQ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barədə  Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar şurasının üzvüdür.

Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP-ın Veteranlar Şurasıın üzvü Tahir Rzayev bildirib ki, Ramiz Mehdiyevin fəaliyyətində nöqsanlar aşkar olunubsa və onun barəsində cəza tədbiri görülübsə, onun partiya sıralarından çıxarılması da gündəmə gələ bilər və gəlməlidir:

“Hər bir insan öz hərəkətlərinə cavabdeh olmalıdır. İstənilən vəzifəli və ya sıravi şəxs öz əməllərinə görə məsuliyyət daşıyır. Həqiqətən, bu gün hüquq-mühafizə orqanları kiminsə fəaliyyətləri üzrə ciddi araşdırmalar başladıb, cinayət xarakterli hal müəyyən edirlərsə, sözsüz ki, həmin şəxs öz cəzasını çəkməlidir. Eləcə də Ramiz Mehdiyev barədə araşdırmalar aparılıb, onun hərəkətlərində müəyyən nöqsanlar aşkar olunub və buna görə də, onun barəsində 4 aylıq ev dustaqlığı cəza tədbiri görülüb. Əlbəttə ki, Ramiz Mehdiyev cinayətə cəlb və müəyyən nöqsanlara görə məhkum olunursa, onun da partiya sıralarından çıxarılması üzrə YAP-ın nizamnaməsinə görə mərkəzi orqan öz tədbirini görə bilər və bu tədbir görülməlidir".

T.Rzayev qeyd edib ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyev barədə bu qərarı veriblərsə, deməli, haqlıdırlar:

"Heç kim də cəzadan sığortalanmayıb. Və heç kim keçmiş fəaliyyəti ilə qürurlanmamalıdır. "Keçmişdə fəaliyyətlərim olduğu halda mən niyə cəzalandırılır, tənbeh olunuram?" düşüncəsi yanlışdır. Keçmişi qoyuruq keçmişdə, bu gün üçün hər kəs öz fəaliyyətində məsuliyyətini bilməli və bu çərçivədə də hərəkətlər etməlidir. Sözsüz ki, bunu hüquq-mühafizə orqanlarının işi hesab edirəm. Onlar bu hərəkətlərə belə qiymət veriblərsə, əlbəttə ki, haqlıdırlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri