Icma.az
close
up
RU
Ramiz Mehdiyevdən miras qalan “ömürlük icra başçısı” gözləntisinə son...

Ramiz Mehdiyevdən miras qalan “ömürlük icra başçısı” gözləntisinə son...

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elxan İbrahimovla bağlı yaşananlar nədən xəbər verir?

Məlum olduğu kimi, Bakının Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov təyinatından 47 gün sonra tutduğu vəzifədən azad edilib. Sabiq icra başçısının hansı səbəbdən vəzifədən azad edildiyi ilə bağlı rəsmi açıqlama olmasa da, onun işində yol verdiyi ciddi nöqsanlara görə çıxarıldığı iddia olunur.

Aydındır ki,  cəmi 47 gündür öz vəzifəsinin icrasını həyata keçirən məmurun tutduğu postdan azad edilməsi səbəbsiz ola bilməz və heç şübhəsiz ki, Elxan İbrahimovun da vəzifədən azad edilməsi hansısa kobud səhv və ya böyük nöqsanın nəticəsidir. Lakin burada maraq kəsb edən yeganə məqam icra başçısının öz “taxt-tacından” cəmi 47 gün sonra salınması deyil. Baş verənlər fonunda ən çox diqqət çəkən məqam ali siyasi hakimiyyətin məmurlar üzərində ciddi nəzarəti, vətəndaş müraciətinə həssaslığı, qanuna münasibətdə kimsəyə güzəştə getməməsidir. Bu, Prezident İlham Əliyevin “toxunulmaz insan yoxdur” ifadəsinin nə qədər doğru və praktiki baxımdan işlək olduğunu göstərir.

Heç kimə sirr deyil ki, Ramiz Mehdiyev vaxtiylə Prezident Apratının rəhbəri kimi icra başçılarının təyinatında, habelə, onların fəaliyyətinə nəzarətdə mühüm rol oynayırdı. Bir sıra icra başçıları məhz onun himayəsinə sığınaraq özlərini toxunulmaz hesab edir, ömürlərinin sonuna qədər icra başçısı kreslosunda əyləşəcəklərini düşünürdü. Fəqət Ramiz Mehdiyevin özünün məsuliyyətə cəlb edilməsi və bunun ardınca baş verənlər sabiq Aparat rəhbərinin əsasını qoyduğu “ömürlük icra başçısı” ənənəsinə son qoydu. Bir sıra icra başçısının rüşvət və korrupsiya ittihamı ilə həbs edilməsi, Ramiz Mehdiyevin özünün bəd əməllərinin de-şifrə olunması kimsənin toxunulmazlıq statusuna malik olmadığını isbatladı. Elxan İbrahimovla bağlı baş verənlər göstərdi ki, dövlət başçısı etimad göstərməklə yanaşı, həm də yoxlamağı, nəzarət etməyi bacarır və dövlətin etimadığını doğrultmayan, özünün qanunların fövqündə görən heç kimi əfv etmir.

Bəli, artıq Azərbaycan fərqli reallıqlar əsasında idarə olunur və bu reallıqlar qanunların aliliyinə, vətəndaşların məmnunluğuna, idarəetmənin şəffaflığına əsaslanır. Bu prinsiplərə əməl etməyən, Ulu Öndər Heydər Əliyevin təbirincə desək, özünü “balaca padşah” hesab edən hər kəsin gec-tez tutduğu vəzifə ilə vidalaşacağı, dünyanı həbsxananın dəmir barmaqlıqları arxasından izləyəcəyi gün uzaqda deyil.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Yanvar 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri