Icma.az
close
up
RU
Ramiz Mehdiyevdən qalan məmurlar da gedəcək

Ramiz Mehdiyevdən qalan məmurlar da gedəcək

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezident Adminstrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində verilən qərar mühüm islahatlara gətirib çıxara bilər. 

Çünki dövlət idarəetmə orqanlarında 24 il yüksək dövlət vəzifələrində çalışmış Ramiz Mehdiyev Azərbaycanda kadrların seçilməsində və təyinatında xüsusi rol oynayıb. O, 1995-2009-cu illərdə Azərbaycan Prezidentinin İcra Aparatının, 2009-2019-cu illərdə isə Azərbaycan Prezident Adminstrasiyasının rəhbəri vəzifələrində çalışıb. 

Bu isə Ramiz Mehdiyevə öz səlahiyyətlərindən istifadə edərək icra hakimiyyəti orqanlarında kadrların təyinatına müdaxilə etmək imkanı yaradıb. Ramiz Mehdiyev yerliçilik, qohumbazlıq, dostluq və digər şəxsi maraqlara söykənən üsullardan istifadə edərək özünə yaxın adamlara vəzifələr verib. 

Ramiz Mehdiyev həmişə siyasi “kölgə”də qalmağa və görünməz əl kimi kadr siyasətinə müdaxilə etməyə çalışıb. Eyni zamanda, Ramiz Mehdiyev yaxın çevrəsinə aid olan şəxslərin deputat seçilməsi üçün onların namizədliklərini irəli sürdürüb, bəzi deputatları öz tərəfinə çəkməyə çalışıb. Məhz bu fəaliyyət prinsipinə görə ona “boz kardinal” ləqəbi verilib. 

Ramiz Mehdiyev Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən çıxarıldıqdan sonra Azərbaycan hakimiyyət orqanlarına yeni, cavan və yüksək təhsilli kadrlar təyinat alıb. Lakin hələ də dövlət orqanlarında R.Mehdiyevin yerləşdirdiyi adamlar qalmaqdadır. Ramiz Mehdiyev ona verilən səlahiyyətdən, etibardan sui-istifadə edərək idarəetmə sistemində şəbəkə qurub. 

Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilən Ramiz Mehdiyev barədə irəli sürülən ittiham aktı və əldə olunan informasiyaların ilkin təhlili göstərir ki, Ramiz Mehdiyev bu yolla gələcəkdə hakimiyyəti ələ keçirmək üçün özünə siyasi komanda formalaşdırmağa cəhd edib. 

O, məqsədinə çatmaq üçün xaricdə dəstək axtarışına çıxıb və Rusiyanın Azərbaycandakı “5-ci kolon”una rəhbərlik edib. Hətta vəzifədən getdikdən sonra belə, 85 yaşlı R.Mehdiyev öz iddiasından əl çəkməyib. Çünki onun hakimiyyət orqanlarına yerləşdirdiyi kadrların bir çoxu hələ vəzifə başındadır. Görünür, Mehdiyev ümidini daxildə onlara, xaricdə isə Azərbaycanın son illər qazandığı böyük geosiyasi uğurlarını qəbul edə bilməyən ölkələrə bağlayıb. 

R.Mehdiyevin təşkil etdiyi “klan” onun üçün həm də korrupsiya yolu ilə külli miqdarda gəlir əldə etmək vasitəsi olub. Çoxsaylı malikanələr, mənzillər, torpaq sahələri, bank və pullar R.Mehdiyevin vəzifədə olarkən hansı əməllərlə məşğul olduğunu əyani sübut edir. 

Hüquq-mühafizə orqanları R.Mehdiyevi həbs edərək neytrallaşdırsa da, Azərbaycan dövlətinə qarşı yaranmış təhlükənin aradan qalxdığını demək tezdir. Çünki Mehdiyev “klanı”nın bir sıra üzvləri hələ iş başındadır. Ona görə də belə adamların fəaliyyəti ciddi yoxlanılmalı, onların Mehdiyevə bağlılığı aşkar olunarsa, dərhal vəzifədən azad edilməlidir.

Ramiz Mehdiyevin şəbəkəsinin dövlət orqanlarından uzaqlaşdırılması Azərbaycanda idarəetmə sistemində yeni kadr islahatlarına təkan vermiş olar. Ümumiyyətlə, Azərbaycan yerli icra hakimiyyəti orqanlarının yenidən formalaşdırılması istiqamətində islahatların aparılacağı təklif edilir. Bu proses çərçivəsində Mehdiyev “klanı”nın bütün üzvləri hakimiyyət orqanlarından, tutduqları vəzifələrdən kənarlaşdırılmalıdırlar. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: Ramiz Mehdiyev “5-ci kolon”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri