Icma.az
close
up
RU
Ramiz Mehdiyevin 32 hektar bağı əlindən alındı

Ramiz Mehdiyevin 32 hektar bağı əlindən alındı

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şabranda bağların ələ keçirilməsi cinayətləri araşdırılacaqmı?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ilə bağlı növbəti diqqətçəkən iddia gündəmə gəlib. Məlumata görə, onun Ramanı qəsəbəsində yerləşən geniş əraziyə malik bağı artıq əlindən alınıb. İddialara əsasən, ümumi sahəsi 32 hektar olan bu ərazi uzun illər ərzində Mehdiyev, oğlu və həyat yoldaşı tərəfindən kənd təsərrüfatı məqsədilə icarəyə götürülüb. Bildirilir ki, həmin torpaq sahəsinə görə ailə üzvləri uzun müddət dövlət büdcəsindən subsidiya da alıblar.  

Musavat.com "tribuna.info" mənbələrinə istinadla yazır ki, sözügedən ərazidə bir neçə villa, eləcə də Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva tərəfindən salınmış ekzotik gül sahələri, zeytun və badam bağları mövcud olub. Bundan əlavə, ərazidə heyvandarlıq təsərrüfatı – inək və keçi fermalarının da fəaliyyət göstərdiyi bildirilir. Əsas diqqətçəkən məqam isə odur ki, bələdiyyə ilə bağlanmış 99 illik icarə müqaviləsinə bu həftənin əvvəlində xitam verildiyi iddia olunur. Məlumata görə, torpağın bir hissəsində yeni badam bağlarının salınması və mövcud sahələrlə birləşdirilməsi planlaşdırılır. Digər hissədə isə Ramanı sakinləri üçün ictimai parkın yaradılması nəzərdə tutulur. Ramiz Mehdiyev ilə bağlı iddialar təkcə Ramanıdakı bağla məhdudlaşmır. Şimal bölgəsində – xüsusilə Şabran rayonunda baş verən hadisələr bu ailə ətrafında illərlə formalaşmış daha geniş təsir və mülkiyyət mübahisələrini üzə çıxarır. Məsələ ondadır ki, Ramiz Mehdiyevin kürəkəni – sabiq deputat İlham Əliyev Şabran sakini, sahibkar Mansur İbrahimovun illərdir ki, torpaq və biznesini zəbt edib. Mansur İbrahimova məxsus meyvə bağları müxtəlif yollarla əlindən alınıb və başqa təsərrüfatlara qatılıb. Onun sözlərinə görə, 2011-ci ildən başlayan “şəriklik” münasibəti qısa müddətdə faktiki olaraq mülkiyyətin itirilməsi ilə nəticələnib. Sahibkar bildirir ki, ilkin razılaşmaya görə sərmayə qoyulmalı olsa da, əksinə, o, idarəetmədən kənarlaşdırılıb və “sıfırdan qurduğu şirkət” əlindən çıxıb.

Mübahisənin mərkəzində onlarla hektar torpaq dayanır. Mansur İbrahimova məxsus 52 hektar bağ sahəsi başqa təsərrüfatın – “TurAZ” MMC-nin ümumi torpaq fonduna qatılaraq faktiki şəkildə zəbt olunub. Bu məsələ ilə bağlı məhkəmə çəkişmələri illərlə davam edib. Nəhayət, məhkəmələrdən birində sahibkarın xeyrinə qərar çıxarılaraq həmin torpaq sahəsinin geri qaytarılması tələb olunub. Digər epizodda isə daha konkret nəticə qeydə alınıb. Ali Məhkəmə instansiyasında baxılan iş üzrə 26,67 hektar bağ sahəsinin sahibkara qaytarılması barədə qərar qüvvədə saxlanılıb. Bu qərar, mediada “illərlə davam edən torpaq qalmaqalına son” kimi təqdim edilsə də, məsələ bununla bitmir. Mansur İbrahimov bildirir ki, ümumilikdə daha böyük – 80 hektara yaxın ərazi üzrə hüquqları pozulub və mübarizə hələ də davam edir. Sahibkarın deyir ki, torpaqların ələ keçirilməsi prosesində İlham Əliyev həm deputat statusundan, həm də qayınatası Ramiz Mehdiyevin yüksək vəzifəsindən yararlanıb.
Beləliklə, Ramanıdakı 32 hektarlıq bağın əlindən alınması ilə bağlı yayılan son məlumatlar fonunda Şabrandakı hadisələr bu ailənin torpaq və biznes aktivləri ətrafında daha geniş suallar doğurur. Bir tərəfdə dövlət subsidiyalarının vəzifədən sui-istifadə edilməklə mənimsənilməsi, digər tərəfdə isə sahibkarların əmlaklarını vəzifədən sui-istifadə etməklə ələ keçirilməsi halları ortadadır. Bu faktlar hələlik rəsmi qurumlar tərəfindən tam şəkildə təsdiqlənməsə də, məhkəmə qərarları və illərlə davam edən çəkişmələr göstərir ki, məsələ tək bir bağın taleyi deyil, sistemli və uzunmüddətli qanunsuz, əksər hallarda cinayətə bərbər hadisələrin nəticəsidir.musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 Aprel 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri