Icma.az
close
up
RU
Ramiz Mehdiyevin bütün orden və mükafatları əlindən alınacaq

Ramiz Mehdiyevin bütün orden və mükafatları əlindən alınacaq

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.
İstintaq orqanları tərəfindən təqdim olunan materiallara əsasən, Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər etməsinə dair çoxsaylı faktiki sübutların toplanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda eks-məmurun cinayət yolu ilə əldə edildiyi 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı vurğulanır.
Ramiz Mehdiyevin ittiham olunduğu cinayətlərin ağırlığını nəzərə alaraq, onun müxtəlif vaxtlarda təltif olunduğu orden və fəxri adların geri alınması məsələsi aktuallaşır. Hətta bununla bağlı ağır və ya xüsusi olaraq ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı onlara verilən rütbə, fəxri ad və təltifin geri alınmasına dair Cinayət Məcəlləsində müvafiq maddə mövcuddur.
Bundan əvvəl də, ağır cinayətlər törədən şəxslərdən dövlət adlarının geri alınmasına dair presedentlər olub. Məsələn, Milli Qəhrəman fəxri adı almış Surət Hüseynov 1994-cü ildə, Rasim Əkbərov 2001-ci ildə bu addan məhrum edilib. 
Dünya praktikasında da bu kimi hallar nadir deyil. Məsələn, Nobel mükafatı laureatı Ceyms Uotson irqçi çıxışlarına görə bütün fəxri adlardan məhrum olunmuşdu. Britaniya şahzadəsi Endryu isə "Epşteyn faylları" ilə bağlı bütün hərbi titullardan və adlardan məhrum olunub. Ümumiyyətlə, Britaniyada son 10 ildə 80-dən çox şəxs təltif və mükafatlardan məhrum edilib. Bu kimi hallar istər elmi sahədə, istər hərbi, idman və dövlət idarəçiliyi sahələrində müşahidə olunur. 
Bu baxımdan Ramiz Mehdiyevin də fəaliyyəti dövründə aldığı fəxri ad və mükafatlardan məhrum edilməsi aktualdır. Artıq bununla bağlı ilk addımlar da atılır. Belə ki, ötən gün Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin akademik titulundan məhrum edilməsi ilə bağlı toplantı keçiriləcəyini və bu barədə ictimaiyyətə məlumat veriləcəyini bildirilib.
Onun digər titul və mükafatlardan məhrum edilməsi prosesinin hüquqi tərəfinin necə olacağı diqqətçəkən nüansdır.
Demokrat.az xəbər verir ki, Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Ramiz Mehdiyevlə bağlı yekun qərar verildikdən sonra onun fəxri adları və titullarının əlindən alınması məhkəmə qaydasında mümkündür:
"Fəxri adlar və dövlət titulları verilən şəxs cinayət törətdikdə onun bu ad və titullarının əlindən alınması məhkəmə qaydasında həll olunur. Hazırda Ramiz Mehdiyev ittiham olunan şəxsdir. Azərbaycan Respublikasında təqsirsizlik prezumpsiya anlayışı var. Yəni məhkəmənin hökmü olmadan heç kəsə cinayətkar demək olmaz. Amma Ramiz Mehdiyev ağır cinayətlərdə ittiham olunur və ittiham edən qurum da sadə qurum deyil.O baxımdan belə hesab edirəm ki, ittihamlar öz təsdiqini məhkəmədə də tapacaq. Amma fəxri adlardan və titullardan məhrum edilmə barəsində yenə də hər hansı bir hökm çıxarıldıqdan sonra məhkəmə tərəfindən həll edilə bilən məsələlər kateqoriyasına aid edilən məsələdir. Yəni hökm olduqda o titullar və fəxri adlara da məhkəmə tərəfindən qiymət veriləcək".
Hüquq müdafiəçisi qeyd edib ki, R.Mehdiyev vəzifədə olduğu dövrdə əldə etdiyi bütün titul və mükafatlardan məhrum ediləcək:
"Məhkəmə öz təşəbbüsü ilə cinayətin ağırlığını və onun vəzifə zamanı törədildiyini nəzərə alaraq, Ramiz Mehdiyevi vəzifə tutduğu dövrdə, əldə etdiyi bütün titul və mükafatlardan məhrum edəcək. Bu barədə məhkəmə qərar verə də, verməyə də bilər. Lakin təcrübə göstərir ki, bu cür ağır cinayətlər törədən şəxsi məhkəmə belə  mükafatlardan məhrum edir".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri