Ramiz Mehdiyevin biznes şəriki İmişlidə qəza törətdi və hadisə yerindən qaçdı
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi bölgədə sarsıntı yaradıb.
Newscenter.az-a daxil olan məlumata görə, keçmiş PA rəhbəri Ramiz Mehdiyevin biznes şəriyi Əziz Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə məktəb yaşlı uşaqları vurub.
Sakinlərin bildirdiyinə görə, Əziz Quliyev qəzadan dərhal sonra hadisə yerindən qaçıb. Onun baş vermiş hadisəni yüksək əlaqələrindən istifadə edərək ört-basdır etməyə çalışdığı bildirilir. Məkumata görə, bu məqsədlə Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev hərəkətə keçərək bütün imkanlarını işə salıb.
Qəzada yaralanan uşaqların atası zavodda fəhlə işləyən Cəmil Babaşovun isə müxtəlif vasitələrlə təzyiqə məruz qaldığı, ondan rəsmi şikayətçi olmamasının tələb edildiyi bildirilir. İmişlidə və ətraf rayonlarda insanlar bu işin ört-basdır edilməsinə qarşı çıxaraq Əziz Quliyevin qanun qarşısında cavab verməsini tələb edirlər.
Qeyd edək ki, İmişli Rayon Xəstəxanasına yerləşdirilən uşaqların vəziyyətin ağır olduğu bildirilir.
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:İmişlidə dəhşətli qəza: ölən var Hadisə yerindən FOTOLAR
22 Noyabr 2024 12:37
İmişlidə dəhşətli qəza: Ölən var Hadisə yerindən FOTOLAR
22 Noyabr 2024 13:12
Deputatdan Ramiz Mehdiyevin cinayətlərinə
15 Oktyabr 2025 13:53
Ramiz Mehdiyevin xəyanət dosyesi...
15 Oktyabr 2025 14:19
İmişlidə mikroavtobus qəza törətdi ölən var
19 Yanvar 2025 18:32
Baxış sayı:60
Bu xəbər 12 Avqust 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















