Icma.az
close
up
RU
Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? ASLAN İSMAYILOV YAZIR

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? ASLAN İSMAYILOV YAZIR

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün vaxtilə Ramiz Mehdiyevə mədhiyyə deyənlər, ona görə məni məhkəmələrdə süründürənlər, onun tapşırığına əsasən at kimi üzümə durub şər-böhtan yağdıranlar, bunun müqabilində ondan vəzifə, ev, orden, medal alanlar bu gün onun ən qatı tənqidçiləri olduqlarından baş verənlərə çox vaxt susuram. İnanıram ki, bu işlə məşğul olan orqanlar on illər boyu həyatımı cəhənnəmə döndərən yazıları, məhkəmə materiallarını araşdırdıqda onun maşalarını rahat müəyyən edəcəklər. Əminəm ki, R.Mehdiyev gələcəkdə Dövlətinə, Xalqına xəyanətin simvolu kimi qalacaq. Ona görə də bu gün “yıxılana balta vurmazlar”, “əşşi, qoca kişidir”, “bir ayağı o dünyadadır” və s. kimi fikir yürüdüb “ondan əl çəkin” kimi çağırışları qətiyyətlə pisləyirəm. O, ölsə belə onun mirası uzun illər yaşayacaq, çünki R.Mehdiyevin ifşası Azərbaycanda yüz illər kök salmış Xəyanətin ifşasıdır. Türkiyədə Fətullah Gülənin ölməsinə baxmayaraq bu gün də onun davamçıları ifşa olunub həbs edilməkdədir.

Bu işin həddindən artıq mürəkkəb olduğundan da işə mane olmamaq üçün bir çox fikirlərimi, araşdırmalarımı hələ ki, səsləndirmirəm. Bu barədə fikrimi ictimailəşdirmədən bildirmək istəsəm də heç nəyə nail ola bilmədim. Ona görə də bir faktı istintaq orqanlarına çatdırıram. Təxminən 2010-cu illər R.Mehdiyev öz şəbəkəsini üstümə salan vaxtı Azərbaycanda hörmətli bir professor mənə çox maraqlı bir faktı açıqlamışdı. Onun dediyinə görə özü Gürcüstanın Qaradabani rayonunun Roza kəndində anadan olub. Mən də həmin rayonda böyüdüyümdən araşdırmam zamanı bildim ki, hal-hazırda həmin kənd mövcud deyil və bir çox başqa yaşayış məntəqələri ilə birləşdirilib hazırda Yenikənd, yaxud Təzəkənd adlanır. R.Mehdiyevin həyat yoldaşı da həmin həmin kənddə boya-başa çatıb və riyaziyyata maraqlı olub. Onun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində professorun xüsusi rolu olub. Keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının xaç atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze də həmin kənddə doğulub, böyüyüb və Qalinanın dost doğma əmisi, ya dayısı qızıdır. Əlavə olaraq bildirim ki, Laura Xaradze (1930-1987) SSRİ NKVD-nin 1951-1987-ci illər generalı olmuş M.M.Qvişianinin ögey qızı olub.

Qısa araşdırmam zamanı gördüm ki, həqiqətən də Laura Xaradze Gürcüstanın İmereti bölgəsinin Baqdati rayonuna aid olan Rоza kəndində anadan olsa da sonradan onlar Gürcüstanın Qardabani rayonunda yerləşən Roza kəndinə köçüblər. R.Mehdiyevin qaynanasının qəbir daşına diqqət yetirsəniz soyadının Qurçkaya (Nadaraya) kimi qeyd olunduğunu görərsiniz. Bir çox mənbələrdə qeyd olunur ki, İmereti bölgəsində (xüsusilə Baqdati və ətraf kəndlərdə) Xaradze, Qurçkaya / Qurçiladze / Qurçkadze (ailə şivəsinə görə yazılış fərqləri olur) Nadaraya kimi soyadlar çox yayğındır və tez-tez ailələr bir-birilə evlilik yolu ilə bağlanıb. Əminəm ki, daha dəqiq məlumatlar xüsusi xidmət orqanlarımızın arxiv materiallarında var. Hesab edirəm ki, bütün bu faktlar üzə çıxmalı və hakimiyyətdə kök salmış bu xəyanət şəbəkəsi birdəfəlik təmizlənməlidir.

Aslan İsmayılov

Vəkil

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Noyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri