Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Elgün İbrahimov cinayəti niyə təcili açılmalıdır?! ASLAN İSMAYILOV YAZIR

Elgün İbrahimov cinayəti niyə təcili açılmalıdır?! ASLAN İSMAYILOV YAZIR

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Son vaxtlar ölkəmizdə baş verənlər onu göstərir ki, ölkə daxilində sabitlik olsa da bunu pozmağa yönəlmiş ciddi cəhdlər var və açıq aşkar bu cəhdlərin qonşu Rusiya və İrandan qaynaqlandığı görünür.

Baş verən hadisələrin bu gün dünyada gedən çox ciddi hadisələrdən qaynaqlandığı və ölkə Prezidenti İlham Əliyevin var gücü ilə müstəqilliyimizi qorumağa, yenidən hansısa güc mərkəzinin təsir dairəsinə düşməsinə imkan verməməyə çalışması ilə bağlıdır. Rusiyanın bütün ciddi cəhdlərinə, ard-arda emissarlarının ölkə Prezidentinin 9 May tədbirində iştiraka dəvət etməsi üçün Bakıya gəlmələri və bunun nəticəsiz qalmasının özünü bölgədə hegemon hiss edənlərin ciddi narazılığına səbəb olacağı gözlənilən idi.

Ona görə də İmişlidə Rusiyanın imperiya atrubutlarının həyasızcasına nümayiş etdirilməsi, buna bəzi nökərlərin dəstək olması (Türkiyə bayrağı dalğalana bilər, niyə Rusiya bayrağı dalğalanmasın), Gəncədə gənc Elgün İbrahimovun faciəsi və dərhal bu ölüm hadisənin heç vaxt olmadığı kimi tirajlanması, bu işə İran xüsusi xidmət orqanlarının ölkə daxilində və Azərbaycandan xaricdə yaşayan əməkdaşlarının qoşulması çox ciddi işarədir. Xüsusilə, xaricdən videogörüntü ilə Azərbaycana yayımlanan, guya Gəncədə polisin insan orqanları alveri ilə məşğul olması kimi sərsəm, ancaq əhalidə ciddi təşviş yaradan videoların təsadüfi olduğuna inanmıram.

Mən şəxsən polisimizdən hər bir qanunsuzluq gözləyirəm, ancaq xarici kəşfiyyat əməkdaşlarının irəli sürdüyü cəfəngiyyatın olmasını qətiyyətlə istisna edirəm. Ona görə də tək polis orqanları yox, bütün hüquq mühafizə orqanlarının Elgünün tanınmaz hala salınan cəsədinin arxasında gizlənən səbəblərin tezliklə açılmasını təmin edəcəklərini gözləyirəm. Bu sahədə aparılan işlər barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verilməsi çox vacibdir.

Yuxarıda sadaladığım hadisələrin baş verdikləri bölgələrin də təsadüfi olmamasına hakimiyyət strukturları xüsusi diqqət yetirməlidirlər. Gəncə həmişə Azərbaycan Dövlətinin taleyini həll edən bölgə olub, həm müsbət, həm də mənfi mənada. Müstəqil Azərbaycan Dövlətinin qorunması, süqutundan sonra bərpa olunması üçün ən ciddi hadisələr də, Müstəqil Dövlətimizin Rusiyanın təsir dairəsinə salınması üçün 1993-cü il 4 iyun qiyamı da Gəncədə baş verib. Cənub zonasında, o cümlədən Biləsuvarda da İranın təsirinin güclü olmasını heç kim unutmamalıdır. Qonşu dövlətlərin məhz bu bölgəgə birgə iş fəaliyyətini heç kim unutmamalıdır.

Son vaxtlar sadaladığım hadisələrdən miqyas etibarı ilə fərqlənən, ancaq eyni məqsədə qulluq edən digər hadisələr də baş verib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik” ifadəsi də bilərəkdən, ya bilməyəkdən bu məqsədə qulluq edir. Hesab edirəm ki, irəli sürülən təşəbbüsə bu sahənin peşəkarlarının, başda professor İdris Abbasov olmaqla bu sahədə peşəkar olan digər mütəxəssislərin fikir bildirməsi çox vacibdir.

Sonda Azərbaycan hakimiyyət rəsmilərinin bu məsələlərə açıq münasibət bildirməmələrini qonşularda qıcıq yaratmaması ilə bağlı olduğunun düşünürəm. Bu sahədə DTX-nın son vaxtlar ard-arda cürbəcür bölgələrdə silahlı dəstələri aşkar etməsi, zərərsizləşdirməsi hakimiyyətin bu sahəyə diqqət yetirdiyinin göstəricisidir. Bununla belə, elə hakimiyyət tərəfindən bəslənən çoxsaylı QHT təşkilatlarının fəaliyyətsizliyi başadüşülən deyil və bu sahəyə cavabdeh olanların öz vəzifələrini anlamamasından xəbər verir. Onlar bilməlidirlər ki, bu təşilatlara ayrılan pullar tək QHT rəhbərlərinin hər həftə Qarabağ bölgəsinə aparılıb reklam xarakterli şəkillər paylaşması üçün deyil. Onların əsas vəzifəsi dövlətçiliyin qorunmasında hakimiyyətin edə bilmədikləri etmək və xarici qüvvələrin tələsinə düşən vətəndaşlarımız arasında maarifləndirici işlər aparmaqdır.

Aslan İsmayılov

Vəkil

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see223

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see188

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see167

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see162

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see146

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see146

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri