Ramiz Quliyev insani keyfiyyətləri ilə nümunə idi NAZİR
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ramiz Quliyev ifaçılıq sənəti, pedoqoji fəaliyyəti və insani keyfiyyətləri ilə nümunə idi.
Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.
“Azərbaycan musiqisinin və mədəniyyətinin dünyada tanıdılması və sevilməsində xidmətləri əvəzsizdir”, - o əlavə edib.
A. Kərimli Ramiz Quliyevin yetişdirdiyi tələbələrin onun mədəni irsini yaşadacağına inamını ifadə edib.
“O, ustad sənətkar, ustad pedaqoq dedikdə ilk ağla gələn şəxslərdən idi. Əminəm ki, bundan sonra da belə olacaq, məhz bu şəkildə xatırlanacaq”.
Mədəniyyət naziri Xalq artisti Ramiz Quliyevin xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinə də toxunub.

Ramiz Quliyev xəstəxanaya yerləşdirilib
29 Sentyabr 2025 20:25
Xalq artisti Ramiz Quliyev vəfat edib
15 Oktyabr 2025 10:09
Ramiz Quliyev harada dəfn olunacaq? KONKRET
15 Oktyabr 2025 11:11
Anar Quliyev nazir göndərilir
05 May 2025 11:30
Rafail Quliyev nazir təyin edildi
21 May 2025 10:57

