Icma.az
close
up
RU
Ramşteyndə Ukraynanın müdafiə qabiliyyətinin planı müəyyən ediləcək Pentaqon

Ramşteyndə Ukraynanın müdafiə qabiliyyətinin planı müəyyən ediləcək Pentaqon

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

9 yanvar tarixində Almaniyanın Ramşteyn aviabazasında keçiriləcək Ukrayna Müdafiə üzrə Əlaqə Qrupunun 25-ci toplantısında Ukraynanın müdafiə qabiliyyəti və qüvvələrin saxlanılması planı 2027-ci ilə qədər müəyyən ediləcək.  

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytı məlumat yayıb.  

Pentaqon məlumatında bildirilir ki, ABŞ müdafiə naziri Lloyd Ostin Vaşinqtondan Almaniyaya, Ramşteyn aviabazasına yola düşəcək və 9 yanvar tarixində Ukrayna Müdafiə üzrə Əlaqə Qrupunun (UDCG) 25-ci toplantısını keçirəcək.  

Pentaqonun bəyanatından sitat: "Bu əlamətdar görüşdə nazir Ostin bütün dünyadan müdafiə nazirləri və ali hərbi rəhbərliklə görüşəcək. Görüşdə Ukraynanın döyüş meydanında təcili ehtiyacları, uzunmüddətli müdafiə tələbləri, həmçinin qüvvə və vasitələrdən ibarət koalisiyalar vasitəsilə həyata keçirilən mühüm koordinasiya müzakirə olunacaq.  

Toplantı hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları, zirehli texnikalar daxil olmaqla, əsas qüvvə və vasitələrin davamlı təmin edilməsinin əhəmiyyətinə və müdafiə sənayesinin inkişafına yönələcək".  

ABŞ müdafiə idarəsinin iki yüksək səviyyəli rəsmisinin məlumatına görə, Ramşteyn aviabazasında UDCG-nin 25-ci toplantısı çərçivəsində koalisiya liderləri toplanaraq 2027-ci ilə qədər Ukraynanın etibarlı müdafiə qüvvələrinin inkişafını dəstəkləyən müdafiə qabiliyyətlərini müəyyənləşdirəcəklər.  

Pentaqon xatırladır ki, ABŞ müdafiə naziri Ostinin təşəbbüsü ilə 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya başlatdığı əsassız hücuma cavab olaraq təsis edilən UDCG, təxminən 50 ölkənin daxil olduğu və Ukraynanın təhlükəsizlik ehtiyaclarını müzakirə etmək üçün mütəmadi olaraq toplaşan bir koalisiyadır.  

UDCG çərçivəsində hər biri Ukraynanın hərbi imkanlarından birini təmsil edən və NATO-ya üzv iki ölkə tərəfindən idarə olunan səkkiz koalisiyadan ibarət lider qrupu mövcuddur.  

Pentaqon rəsmisindən sitat: "Bu koalisiyaların liderləri 2027-ci ilə qədər Ukraynanın hava qüvvələri, zirehli texnika, artilleriya, minalardan təmizləmə, pilotsuz uçuş aparatları, inteqrasiya edilmiş hava və raketdən müdafiə, informasiya texnologiyaları və dəniz təhlükəsizliyi sahələrindəki tələblərini və məqsədlərini müəyyən edən yol xəritələrini təsdiq etməlidirlər.  

Bu yol xəritələri donorların gələcəkdə Ukraynanı dəstəkləmək üçün plan qurmasına və ona dəstək olmasına şərait yaratmaq məqsədi daşıyır".  

ABŞ-da administrasiyanın 20 yanvar tarixində dəyişəcəyi təqdirdə ABŞ-ın dəstəyinin azalacağı ilə bağlı suala cavab verən rəsmi şəxslər vurğulayıblar ki, UDCG-nin çoxölçülü təbiəti və onun koalisiyalarının strukturu qrupun dayanıqlığını təmin edəcək.  

Pentaqon rəsmisi: "Nazir Ostinin rəhbərliyi altında formalaşdırılan çoxşaxəli yanaşma, birgə işə bağlılıq və Avropa ölkələrinin imkanlarına hörmət vasitəsilə ayrı-ayrılıqda edə biləcəyimizdən daha çox şeyin əldə olunmasına şərait yaratdı. Liderlər nazirlər səviyyəsində görüşərək bu koalisiyaların gələcəyi üçün möhkəm təməl qoyacaqlar".  

Pentaqondakı ikinci rəsmiyə görə, 25-ci UDCG toplantısı Ostin üçün sonuncu olsa da, ABŞ Müdafiə Nazirliyi qrupun işini davam etdirəcək və bu fəaliyyət dayandırılmayacaq.  

ABŞ Müdafiə Nazirliyi qeyd edib ki, 2022-ci ilin aprel ayında UDCG-nin təsis edilməsindən bu günə qədər ABŞ, müttəfiqləri və tərəfdaşları Ukraynaya 126 milyard dollardan çox təhlükəsizlik yardımı ayırıb.  

UDCG-nin 25-ci toplantısı 9 yanvar cümə axşamı keçirilməlidir.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri