Ukraynanın müdafiə naziri Pentaqon rəhbəri ilə cəbhədəki vəziyyəti bir daha müzakirə etdi KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Ukraynanın müdafiə naziri Rustem Umerov amerikalı həmkarı Lloyd Ostin ilə telefonla danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi özünün sosial media hesabında məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Ukrayna və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətləri, cəbhədəki son vəziyyət və Kiyevə hərbi yardımın həcmi müzakirə olunub. Pentaqon rəhbəri Lloyd Ostin Birləşmiş Ştatların Ramştayn formatı çərçivəsində Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti görüşünü planlaşdırmağa və Ukraynanı effektiv mübarizə üçün lazım olan vasitələrlə təmin etməyə hazır olduğunu təsdiqləyib.
Qeyd edək ki, Ukrayna və ABŞ müdafiə nazirləri arasında əvvəlki telefon danışığı ötən həftə baş tutmuşdu. Pentaqonun məlumatına görə, həmin danışıq zamanı Ukrayna cəbhəsində döyüş əməliyyatlarının dinamikası, Vaşinqtonun Ukraynaya hərbi yardımı və Rusiyanın orta mənzilli “Oreşnik” ballistik raketindən istifadəsi müzakirə edilmişdi./AZƏRTAC
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 09 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















