Range Rover sürücüsü içkili vəziyyətdə saxlanıldı
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda "Range Rover" markalı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücü saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonu, Salyan şossesində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Mahir Həziyev saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmədə səhvini başa düşdüyünü deyən sürücü İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Mahir Həziyev 300 manat cərimə olunub.
Aydın

Xanım təlimçiyə təpik atan “Range Rover” sürücüsü saxlanıldı FOTO VİDEO
22 Aprel 2025 14:10
Range Rover i içkili idarə etdi, məhkəməyə gəlmədi Cəza verildi
06 İyul 2025 12:17
Baboşa Range Rover göndərdin?!
04 Dekabr 2024 21:12
Xaçmazda AĞIR QƏZA Range Rover in sürücüsü həyatını itirdi
30 Avqust 2025 08:51

