Ranyerinin İtaliya millisindən aldığı təklifə cavabı nə olub? Özü açıqladı
Fanat saytına istinadən Icma.az xəbər verir.
Norveçə böyükhesablı (0:3) məğlubiyyətdən sonra istefa verən Luçano Spallettinin boşaltdığı posta baş məşqçi axtarışlarını davam etdirən İtaliya Futbol Federasiyasının ilk ovu boşa çıxıb.
Fanat.Az xəbər verir ki, "Roma"nın baş məşqçisi vəzifəsindən ayrılan Klaudio Ranyeri İtaliya millisini çalışdırmaqdan imtina edib.
Bu barədə tanınmış insayder Fabritsio Romano ilə danışan Ranyeri təklifdən imtina etdiyini təsdiqləyib: "Belə bir təklif almaq mənim üçün böyük şərəfdir, lakin mən "Roma"da rəhbərlikdə təmsil olunaraq işimi davam etdirmək qərarına gəldim".
Beləliklə, 73 yaşlı mütəxəssis Spalettinin potensial əvəzediciləri siyahısından çıxarılıb. O, artıq məşqçilik karyerasını başa vurub və görünür, ehtiyat oyunçular skamyasına qayıtmağı planlaşdırmır.
İtaliya mətbuatının iddiasına görə, hazırda millinin baş məşqçisi postuna əsas namizəd hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu çalışdıran Stefano Piolidir.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 10 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















