Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
İspaniyalı mütəxəssis Xosep Qvardiola İtaliya milli komandasına rəhbərlik etmək üçün danışıqlar apardığını təsdiqləyib.
BAKU.WS "RomárioTV"yə istinadən xəbər verir ki, mütəxəssis bu barədə ilk dəfə açıq danışıb.
O, İtaliya Futbol Federasiyasının təklifini böyük şərəf hesab etdiyini, lakin həmin vaxt karyerasına fasilə verməyə ehtiyac duyduğunu bildirib.
"Bəli, İtaliya ilə danışmışdım. Bu barədə ilk dəfədir ki, ictimaiyyət qarşısında danışıram. Belə bir təklifi almaq mənim üçün böyük şərəf idi. İtaliya kimi bir milliyə, belə bir ölkəyə yox demək mənə, demək olar ki, çətin gəlirdi.
İtaliya millisinə rəhbərlik edə biləcək şəxs kimi məni düşünmələri karyeramın ən böyük şərəflərindən biri idi. Ancaq onlar mənim fasilə verməli olduğum vaxta müraciət etdilər. Bir-iki il sonra təklif etsəydilər, yəqin ki, razılaşardım", - deyə Qvardiola bildirib.
Qeyd edək ki, daha əvvəl İtaliya Futbol Federasiyasının nümayəndələrinin iyul ayında Qvardiola ilə görüşdüyü və ona milli komandanın baş məşqçisi vəzifəsini təklif etdiyi bildirilmişdi.
Qvardiolanın son iş yeri "Mançester Siti" olub. O, 2016–2026-cı illərdə İngiltərə klubuna rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Noyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















