Icma.az
close
up
RU
Rasim Balayev: Şeyx Əbdüllə 57 il dostluq etmişəm, sonra çıxıb ağzına gələni danışdı, dedi ki... MÜSAHİBƏ

Rasim Balayev: Şeyx Əbdüllə 57 il dostluq etmişəm, sonra çıxıb ağzına gələni danışdı, dedi ki... MÜSAHİBƏ

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevi kinostudiyaya getməməkdə günahlandırıb. Bu barədə o, Qaynarinfo.az-a açıqlamasında danışıb: “Kinonun yiyəsi rejissordur. Aktyor kinonun sahibi ola bilməz. İndi iki aktyor Azərbaycan kinosuna rəhbərlik edir. Onların heç biri 40 ildir kinostudiyanın qapısını tanımır. Heç bilmirlər ki, kinostudiyanın qapısı hardadır. Mən deyən kimi hamı üstümə tökülür. Rasim Balayev mənim 80 illik yubileyimi təbrik də etmədi”.

Mia.az-ın məlumatına görə, Xalq artisti Rasim Balayev rejissorun dedikləri ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.

-Rasim müəllim, Şeyx Əbdül sizi kinostudiyanın qapısını açmamaqda günahlandırır...

- Kinostudiyada kim var ki... Nəyə gedim?! Orada 3-4 işçi var. Şeyx Əbdüldür də, danışır.

- Şeyxlə illərlə dostluq etmisiniz. Bəs indi nə baş verir? Hətta onun doğum gününü də təbrik etməmisiniz.

- Bunu Şeyx Əbdüldən soruşun. Deyin ki, Rasim niyə səni danışdırmır, qoy cavab versin. Münasibətimizi Əbdülün özü korladı. Münasibəti korlanan adamlar bir-birini təbrik edərmi heç? Guya o, mənim 75 illiyimi təbrik etdi?!

- Yəqin Şeyx Əbdül sizin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmənizi qəbul etməyib, ona görə əlaqələriniz kəsilib.

- Şeyx Əbdüllə 57 il dostluq etmişəm, sonra çıxıb ağzına gələni danışdı. Dedi ki, Rasim Balayev Azərbaycan kinosunun pazıdır. Bunu deyən adamın mən 80 illiyini necə təbrik edim?! Şükür edirəm ki, bu gün mənim ayağım xəstədir, Əbdül kimi başım xəstə deyil. Ramiz Rövşənin şeiri var, deyir insan iki yerdən qocalır: bir başdan, bir də ayaqdan. Əbdül başdan qocalıb. Ona görə də qoy danışsın da...

- Şeyx Əbdülü haqqınızda belə söz deməyə nə vadar edib?

- Heç bir səbəb yoxdur. Aramızda heç kiçik mübahisə də olmamışdı. Birdən-birə başaldı mənə layiq olmayan sözlər danışmağa.

- Sənət yoldaşınız Şəfiqə Məmmədova ilə münasibətiniz necədir?

- Əladır, biz bir yerdə çalışırıq.

- Yeri gəlmişkən, səhhətinizlə bağlı vəziyyət necədir?

- Babatdır. Fizioterapiyaya gedirəm, ağrıların qarşısını bir az alıram. Allah hərəyə bir ömür payı verib. Əsas odur ki, insan yaşlandıqca kamilləşsin. Lakin bəzən bunun əksini görürük.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Fevral 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri