Icma.az
close
up
RU
Rasim Əliquliyev: Əsas məqsəd dövlətin və cəmiyyətin kiberimmunitetini gücləndirməkdir

Rasim Əliquliyev: Əsas məqsəd dövlətin və cəmiyyətin kiberimmunitetini gücləndirməkdir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycanda 20 ildən artıqdır ki, informasiya-kommunikasiya texnologiyaları müxtəlif sferalarda geniş tətbiq olunur. Vətəndaşlar da öz növbəsində, mobil telefonlar və digər kompüter qurğuları vasitəsilə həm internetə qoşulur, həm də onlayn platformada müxtəlif zəruri problemləri həll edirlər. Ona görə də dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, Azərbaycan da bu istiqamətdə mühüm irəliləyişlər əldə edir. Həm dövlət qurumlarında, həm də biznes və vətəndaş cəmiyyəti sektorlarında informasiya texnologiyaları, virtual reallıqlar, sosial şəbəkələr və mobil telefonlar insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar artıq bu vasitələrdən təkcə gündəlik işlərini asanlaşdırmaq üçün deyil, həm də virtual mühitdə biznes fəaliyyətini həyata keçirmək üçün geniş istifadə edirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev söyləyib. Akademik qeyd edib ki, bu səbəbdən rəqəmsal transformasiyalar kontekstində kibertəhlükəsizlik məsələləri günü-gündən aktuallaşır. Məhz bu istiqamətdə həyata keçirilən kompleks işlərə dəstək vermək, onları əlaqələndirmək və tənzimləmək, kiberrisklərin və təhlükələrin qarşısını almaq məqsədilə ölkə rəhbərliyi tərəfindən davamlı olaraq milli strategiyalar, dövlət proqramları, fərman və sərəncamlar qəbul olunur. Bu baxımdan, Prezident İlham Əliyevin “2023-2027-ci illər üçün Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası” haqqında Sərəncamı çox böyük əhəmiyyətə malikdir. Bu sənəd həm dövlət qurumlarının, ali təhsil müəssisələrinin, həm də alim və mütəxəssislərin qarşısına ciddi vəzifələr qoyur.

“Əlbəttə, həyata keçirilən bütün kompleks tədbirlər təkcə rəqəmsal texnoloji infrastrukturu deyil, eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsini, zəruri normativ-hüquqi sənədlərin qəbulunu və bu istiqamətdə ardıcıl fəaliyyətin həyata keçirilməsini də əhatə edir. Əsas məqsəd ölkəmizdə sosial həyatın bütün sahələrində və xüsusən, müxtəlif texnoloji sferalarda, eləcə də kritik infrastrukturlarda geniş tətbiq olunan rəqəmsal texnologiyalar kontekstində kibertəhlükələrə qarşı mübarizənin və ümumiyyətlə, dövlətin, cəmiyyətin kiberimmunitetinin gücləndirilməsidir. Təsadüfi deyil ki, son dövrlərdə IV Sənaye İnqilabının yaratdığı reallıqlar şəraitində rəqəmsal və süni intellekt texnologiyalarının geniş tətbiqi və inkişafı ölkəmizin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin müsbət nəticələrini artıq müşahidə edirik”, - deyə alim bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri